Azərbaycanda investisiyalar 10% artdı, əsas sürət neft-qaz sektorundan gəldi

Azərbaycanda əsas kapitala yönəldilən investisiyalar 2026-cı ilin ilk səkkiz ayında nəzərəçarpacaq dərəcədə artıb. Lakin artımın sektorlar üzrə bölgüsü ciddi fərqlənir.

Banker.az-ın verdiyi məlumata görə, yanvar-avqust aylarında əsas kapitala 12 milyard 677,8 milyon manat investisiya yönəldilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10 faiz çoxdur.

Neft-qaz sektoruna yönəldilən investisiyalar 32,4 faiz artdığı halda, qeyri-neft-qaz sektorunda artım cəmi 1,4 faiz təşkil edib.

Ümumi investisiyaların 7,04 milyard manatı məhsul istehsalı sahələrinə, 3,85 milyard manatı xidmət sahələrinə, 1,79 milyard manatı isə yaşayış evlərinin tikintisinə yönəldilib.

Kapital qoyuluşlarının 75 faizi və ya 9,51 milyard manatı daxili investisiyaların hesabına formalaşıb.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər