Azərbaycanda 40 modul və 4 konteyner məktəb quraşdırılacaq – 25 milyon manat ayrılır

Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi respublika üzrə yeni modul və konteyner tipli məktəb binalarının quraşdırılması ilə bağlı ümumi dəyəri 25 milyon manatdan çox olan iki iri həcmli açıq tender elan edib.

Banker.az xəbər verir ki, elan edilən satınalma müsabiqələri üzrə təfərrüatlar aşağıdakı kimidir:

Birinci tender Respublika üzrə 20 ədəd modul və 1 ədəd konteyner tipli məktəb binasının quraşdırılması işlərini əhatə edir. Bu satınalmanın ehtimal olunan qiyməti 12 313 831 manat təşkil edir.

İkinci tender Respublika üzrə 20 ədəd modul və 3 ədəd konteyner tipli məktəb binasının quraşdırılmasını nəzərdə tutur. Müsabiqənin ehtimal olunan qiyməti 12 716 417 manat olaraq müəyyənləşdirilib.

Ümumilikdə hər iki tender üzrə 40 modul və 4 konteyner tipli məktəbin quraşdırılması planlaşdırılır. Müsabiqələrin ümumi ehtimal olunan qiyməti 25 030 248 manat təşkil edir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər