Naxçıvan Muxtar Respublikası (MR) Səhiyyə Nazirliyi tabeliyində fəaliyyət göstərən tibb müəssisələrinin 2026-cı il üçün ehtiyac duyduğu tibbi təchizat üzrə keçirdiyi açıq tenderi yekunlaşdırıb.
Banker.az xəbər verir ki, satınalma müsabiqəsi tibb müəssisələrinin tələb olunan dərman vasitələri, sərfiyyat materialları və reaktivlərin alınmasını əhatə edir.
Tender komissiyasının qərarına əsasən, iri həcmli satınalmanın qalibi “Azəri MED” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib.
Qalib şirkətlə bağlanacaq satınalma müqaviləsinin ümumi dəyəri 4 014 679 manat təşkil edir.







