Bakının 4 rayonunda və Sumqayıtda kanalizasiya qəzaları aradan qaldırılır – ₼5.2 milyon ayrıldı

“İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Publik Hüquqi Şəxsi kanalizasiya infrastrukturunda baş vermiş qəzaların aradan qaldırılması ilə bağlı satınalma prosedurunu yekunlaşdırıb.

Banker.az xəbər verir ki, işlərin icrası “Avroasiya İnşaat Korporasiyası “Evrascon” Açıq Səhmdar Cəmiyyətinə həvalə olunub.

Bağlanmış müqavilənin ümumi maliyyə dəyəri 5 201 558 manat təşkil edir.

Layiha çərçivəsində Bakı şəhərinin Xətai, Nizami, Binəqədi və Sabunçu rayonlarında, eləcə də Sumqayıt şəhərinin inzibati ərazilərində yerləşən kanalizasiya kollektorlarında baş vermiş qəzaların aradan qaldırılması üçün cari təmir və bərpa işləri həyata keçiriləcək.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər