ADB: Azərbaycan iqtisadiyyatı 2026-2027-ci illərdə orta hesabla 1,7 % artacaq

Asiya İnkişaf Bankı (ADB) Azərbaycan iqtisadiyyatının 2026-cı ildə 1,6 %, 2027-ci ildə isə 1,8 % artacağını gözləyir.

Bu barədə  Banker.az ADB-nin “Asiyanın inkişaf perspektivləri” hesabatına istinadən xəbər verir.

Cari il üçün proqnoz apreldəki göstərici ilə müqayisədə 0,4 faiz bəndi aşağı salınıb, növbəti il üçün gözləntilər isə əvvəlki səviyyədə saxlanılıb. Bu isə o mənaya gəlir ki, 2026-2027-ci illəri əhatə edən dövrdə orta illik iqtisadi artım tempi 1,7 % təşkil edəcək.

“İlin sonunadək artım tempinin aşağı qalacağı ehtimal olunduğundan, 2026-cı il üçün proqnoz azaldılıb, lakin iqtisadiyyatın bərpa olunacağı gözləntilərini nəzərə alaraq 2027-ci il üçün göstərici dəyişdirilməyib”, – hesabatda qeyd olunur.

ADB-nin hesabatına əsasən, Qafqaz, Mərkəzi və Qərbi Asiya regionu üçün ümumi iqtisadi artım proqnozu 2026-cı ildə 0,1 faiz bəndi azaldılaraq 3,7 %-ə, 2027-ci ildə isə 4,1 %-ə endirilib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycan iqtisadiyyatı 2025-ci ildə 1,4 % artıb.

İqtisadiyyat Nazirliyi bu il ÜDM artımını 1,7 %, gələn il isə 2,7 % səviyyəsində qiymətləndirir. Azərbaycan Mərkəzi Bankı 2026-cı ildə ÜDM-in 0,5 %, 2027-ci ildə isə 2,6 % artımını gözləyir.

Niderlandın ən böyük bank qrupu “ING Group” Azərbaycanın iqtisadi artımını 2026-cı ildə 1,9 %, 2027-ci ildə 3 %, 2028-ci ildə 2,3 % səviyyəsində proqnozlaşdırır.

BMT-nin hesablamalarına görə, Azərbaycanın iqtisadi artımı 2026-cı ildə 2,7 %, 2027-ci ildə isə 2,6 % olacaq.

“Fitch Solutions” 2026-cı ildə Azərbaycanın real ÜDM artımının 2,5 % olacağını gözləyir

MənbəREPORT
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər