Bakıda böyük yarış günü turistlərin restoran xərcləri 3 dəfədən çox artıb

Bakıda keçirilən böyük beynəlxalq yarış şəhərdə xarici turistlərin gündəlik xərclərinə ciddi təsir göstərib. Ən böyük artım iaşə və pərakəndə ticarət sektorlarında qeydə alınıb.

Banker.az-ın verdiyi məlumata görə, 2025-ci ildə yarış günü xarici ziyarətçilərin qida və iaşə xərcləri normal dövr üçün gözlənilən səviyyə ilə müqayisədə üç dəfədən çox artıb.

Pərakəndə ticarətdə də kəskin artım müşahidə olunub. Yarışdan bir gün əvvəl xarici turistlərin mağazalardakı xərcləri gözlənilən səviyyəni 154 faiz üstələyərək pik həddə çatıb.

Ümumilikdə yarışdan əvvəl və sonrakı beş günü əhatə edən dövrdə iaşə müəssisələrində transsərhəd xərclər adi şəraitdə gözlənilən səviyyə ilə müqayisədə təxminən üç dəfə yüksək olub. Pərakəndə ticarətdə isə artım 94 faiz təşkil edib.

Turistlərin xərcləri yarış bitdikdən sonra da yüksək səviyyədə qalıb. Yarışdan sonrakı gün iaşə xərcləri normal səviyyədən 147 faiz, pərakəndə satış xərcləri isə təxminən iki dəfə yüksək olub.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər