Dünya iqtisadiyyatı enerji bazarındakı şoka baxmayaraq dayanıqlılıq nümayiş etdirir. Bununla yanaşı, real faiz dərəcələri yüksəlir. Bu barədə Fitch Ratings-in qlobal iqtisadi perspektivlərə dair son hesabatında bildirilir.
Fitch 2026-cı il üçün dünya ÜDM-nin artım proqnozunu 0,2 faiz bəndi artıraraq 2,6%-ə çatdırıb. Bu göstərici 2025-ci il üçün proqnozdan cüzi aşağıdır və uzunmüddətli artım trendinə yaxındır.
Agentlik ABŞ iqtisadiyyatı üzrə proqnozlarını da yaxşılaşdırıb. 2026 və 2027-ci illər üçün iqtisadi artım proqnozu 0,2 faiz bəndi artırılaraq 2,1%-ə çatdırılıb.
Fitch bunu daha yüksək istehlak xərcləri və süni intellekt sahəsinə kapital qoyuluşlarının artması ilə əlaqələndirir.







