Kəlbəcər rayonunda Söyüdlü (Zod) qızıl yatağı üzrə hasilatın və emal prosesinin qurulacaq və sənaye istismarına başlanılacaq.
Bu Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramı” da öz əksini tapıb.
Qeyd edilib ki, 2027−2030-ci illər ərzində geotexniki və hidrogeoloji tədqiqat işlərinin aparılması, yatağın mövcud ehtiyatlarının dəqiqləşdirilməsi üzrə qiymətləndirmə hesabatının, maliyyə modelinin hazırlanması, dağ-mədən işlərinin inkişaf planının tərtib edilməsi nəzərdə tutulub.
Daha sonra flotasiya zavodunun və əlaqədar infrastrukturun qurulacaq, zənginləşdirilmiş filiz (flotokonsentrat) istehsalına başlanılacaq və satışının təşkili, habelə yekun investisiya qərarına uyğun olaraq metal emalının təşkili və yatağın tam həcmdə sənaye istismarına başlanılacaq.
Prosesin əsas icraçı qurumu “AzerGold” QSC-dir. Digər içraçı qurum isə Ekologiya və Təbii Sərvətlər Nazirliyidir.
Qeyd edək ki, “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Zakir İbrahimov sentyabrın 22-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramının layihəsinə həsr olunmuş müşavirədə “AzerGold”un Dövlət Proqramı çərçivəsində həyata keçirəcəyi 4 əsas strateji layihəni təqdim edib. Bu layihələr üzrə ümumi investisiya həcmi təxminən 3,63 milyard manat təşkil edir və bu investisiyaların yalnız təxminən 10 faizinin dövlət büdcəsi hesabına maliyyələşdirilməsi planlaşdırılır.
Onun sözlərinə görə, ilk layihə məhz “Söyüdlü” qızıl yatağıdır:
“Burada ilk istehsal 2028-ci ildə nəzərdə tutulub. Layihənin qızıl resursu 1,03 milyon unsiya qızıldır və kəşfiyyat davam etdirilir, bu rəqəmin artması ehtimalı da var. İqtisadi dəyəri qızılın bugünkü qiyməti ilə 7,5 milyard manat təşkil edir, tələb olunan investisiya 425 milyon manatdır. Bu investisiyanın icrası “AzerGold”un daxili gəliri hesabına və cəlb edəcəyi borc hesabına planlaşdırılır”.







