Avqust ayında qaynar kino premyeralar ərəfəsində biz məşhur ulduzların –Ağbəniz Kristen Styuart, Rosomaxa Hyu Cekman və bütün yerinə yetirilməz tapşırıqları məharətlə yerinə yetirən Tom Kruzun nə qədər qazandığını araşdırmağa çalışdıq.
Forbes-in Kristen Styuartı və Tom Kruzu Hollivudun ən yüksək əməkhaqqı ödənilən aktyorları seçməsi hələ o demək deyil ki, onlar hamıdan çox qazanırlar.
Bəs bütün vergi və sosial ödənişləri etdikdən sonra məşhurların cibində nə qədər pul qalır?
Bu məlumatlar əsasında 2011-ci ildə Hollivudun ən zəngin ulduzlarının reytinqi tərtib edilmişdir.
25. Kristen Styuart: $ 55 milyon
Kristen Styuart ötən il Hollivudun ən yüksək əməkhaqqı ödənilən aktrisası seçilmişdir, amma ki, onunla «Ağbəniz və ovçu» filminin direktoru Rupert Sanders arasında yaşanan qalmaqallı intriqa çox güman ki, Kristenin gələn ilki gəlirlərinin miqdarına mənfi təsir göstərəcək, çətin ki, o növbəti ildə də bu qədər çox qazanc əldə edə bilsin. Belə deyirlər ki, Universal kompaniyası aktrisanı filmin davamına çəkməkdən imtina etmişdir.
24. Penelopa Kruz: $ 55 milyon
“Karib dənizinin quldurları: Qəribə sahillərdə” və “Romaya məhəbbətlə” filmlərinin kassa yığımları heç də pis olmadı, həmçinin aktrisanın pulqabısına onun Madriddə yerləşən geyim dükanlarından gələn qonorarlar və eyni zamanda Mango firması ilə birlikdə müştərək şəkildə istehsal olunan şəxsi geyim xətti də xeyir gətirir. 2012-ci ilin may ayında Penelopa Kruz Harper`s Bazaar jurnalının üz qabığı üçün çəkilmiş, həmçinin təbii kürk və xəz əleyhinə PETA kampaniyasının çarxlarında da rol almışdır.
23. Rihanna: $ 60 milyon
Rihanna öz populyarlığının pik nöqtəsindədir. Xanım qız Universal kompaniyasının «Zireh daşıyan» filmində çəkilib. Fevral ayında Rihannanın ikinci ətri olan “Rebelle” bu ilin fevral ayında satışa çıxmışdır. Vita Coco firmasını təmsil edən müğənni həmçinin buna görə $ 350,000 dollar alır.
22. Mett Deymon: $ 65 milyon
Ötən il ərzində Mett beş uğurlu filmdə çəkilmişdir : “İnfeksiya”, “Marqarita”, “Xoşbəxt ayaqlar iki”, “Biz zoopark aldıq” və “Təshih etmə bürosu”.
21. Hyu Cekman: $ 65 milyon
Baxmayaraq ki, Hyu Cekman Nyu-York şəhərində Brodveydə işləmək üçün köçmüşdür, aktyor bir neçə filmlərdə çəkilməyə macal tapmışdır, filmlər kassa gəlirlərinin miqdarına görə kifayət qədər uğurlu olmuşdur: “Əsl polad”, “Yağ”, “Qar çiçəyi və istəkli yelpik”, “X adamlar: birinci dərəcə”.
20. Mettyu Makkonaxi: $ 65 milyon
Makkonaxinin şəxsi büdcəsini «Linkoln üçün vəkil», «Berni», «Sehrli Mayak», «Muzdlu qatil Co», «Çirkab» və «Qəzetçi» kimi kinolentlərin kassa yığımlarında əldə etdiyi vəsait doldura bilmişdir. Həmçinin aktyor bir neçə televiziya şousunda da parlamışdır.
19. Ludakris: $ 65 milyon
Ötən il reper bir neçə uğurlu disk buraxmış, həmçinin ötən ilki «Toy ilə sınağa çəkmək» filminə musiqi yazmışdır.
18. Vudi Allen: $ 65 milyon
Ötən il Vudi «Parisdə gecəyarı» filmində diktator rolunda çıxış etdi, bu il isə o özünün müəllifi olduğu “Romaya məhəbbətlə” filmində Penelopa Kruzla tərəf müqabili oldu.
17. Alek Bolduin: $ 65 milyon
Bolduin Capital One kredit kartlarının mətbuat katibidir, o həmçinin «Studiya 30» öz filmində çəkilməyə davam edir.
16. Ben Afflek: $ 65 milyon
«Təəccüblü olsa da» və «Arqo» filmləri Afflekə heç də az divident qazandırmayıb. Həmçinin Warner Brothers xanımların idealı olan bu yaraşıqlı aktyora «Ədalət Liqası» filmində çəkilməyi təklif edir. Amma Ben filmdə çəkməyə hələ ki razılıq vermir və ümumiyyətlə bu rolu nəzərdən keçirdiyini təkzib edir.
15. Robin Uilyams: $ 130 milyon
Məşhur komediya ustası öz səsini Happy Feet Two (Xoşbəxt ayaqlar iki) filmindən olan pinqvinlərə bəxş etmişdir , həmçinin “Ulfred” və “Lui” cizgi filmlərində də rol almışdır. Bundan əlavə o, ötən ilin mart ayında aktyor “Bağdad zooparkında Benqal pələngi” filminin Broadway versiyasında debüt etmişdir. Bu il isə Uilyams «Böyük toy» filmində rol alacaq.
14. Al Paçino: $ 135 milyon
Al Paçino ötən ilin üç ən az büdcəli və aşağı əyarlı filmində çəkilmiş olsa da bu ona böyük miqdarda qonorar qazanmağa əngəl olmadı. «Cek və Cill» filminə görə o, üçüncü dəfə “Qızıl Moruq” mükafatına layiq görülmüşdür.
13. Eşton Katçer: $ 140 milyon
Aktyor PopChips firmasının rəsmi nümayəndəsidir, bundan əlavə Katçer ötən il «Köhnə yeni il» və «Sekdən daha artıq» filmlərinin əsas qəhrəmanı olmuşdur. 2013-cu ildə Katçer Stiv Cobs haqqında bioqrafiya xarakterli filmdə çəkiləcək.
12. Culiya Roberts: $ 140 milyon
Yola saldığımız ildə “Amerikanın sevimlisi” və “Gözəlçə” filminin baş qəhrəmanı daha üç filmdə çəkilmişdir: «Larri Kraun», «Əvvəl sevgi, sonra toy», «Ağbəniz: Cırtdanların ölümü». Həmçinin aktrisa bir neçə proyektin prodüseri qismində çıxış etmişdir.
11. Larri Kinq: $ 150 milyon
Məşhur televiziya aparıcısı öz var dövlətini məhz apardığı tok-şou sayəsində toplaya bilmişdir.
10. Corc Kluni: $ 160 milyon
Hollivudun ən cazibədar təbəssümünün sahibi «Mart idaları» (The Ides of March) siyasi kinolentində rol almış, həmçinin «Törəmələr» filmindəki roluna görə «Ən yaxşı aktyor» nominasiyası üzrə qalib olmuşdur.
9. Denzel Vaşinqton: $ 140 milyon
Ötən il onun iştirakı ilə çəkilmiş filmlər -“Uçuş” və “Təhlükəsiz ev” kifayət qədər rəğbətlə qarşılandı. Aktyor xeyriyyəçilik işləri haqqında da unutmur, o Fordxem universitetinə 2 milyon dollar bəxş etmişdir.
8. Bryus Uillis: $ 150 milyon
Bu il Bryus (Die Hard filminin baş qəhrəmanı) üçün xüsusi məhsuldar olmuşdur, belə ki, onun iştirakı ilə çəkilmiş «Qarşısı alınmazlar-2», «Alovlu yanğın», «Zaman ilgəyi», «Bədirlənmiş ay krallığı», «Günün günorta çağı», «Fovortinizi seçin» kimi filmlər məhz bu il ekrana çıxmışdır.
Aktyor həmçinin Planet Hollywood-un həmtəsisçisi və Sobieski Vodka Belvedere SA kompaniyasının beynəlxalq simasıdır.
7. Samuel L. Cekson: $ 150 milyon
Samuel bütün dövrlərin kassadan ən çox gəlir götürmüş aktyorudur. Aktyor təkcə «Qisasçılar» filminə görə milyard dollar qazanmışdır. Gələn il bəlkə onu rejissor Kventin Tarantinonun «Django unchained» (Azad edilmiş Cango) filmində görmək mümkün oldu.
6. Demi Mur: $ 150 milyon
Eşton Katçer ilə çox ağrılı boşanma prosesindən sonra Demi özünə gəlməyə çalışdı və «Riskin son həddində», «Qohumcığazlar» və «Lol» filmlərinə çəkildi.
5. Con Travolta: $ 160 milyon
Cinsi zorakılıqda edilən ittihamlara baxmayaraq, “Kriminal qiraət” (Pulp Fiction) filminin ulduzu «Vəhşilər filmində» də rol almışdır.
4. Dryu Keri: $ 165 milyon
«Uğurun dəyəri» televiziya verilişinin aparıcısı amerikan televiziya kanallarından birində yeni komediya seriyalına start vermişdir.
3. Robert de Niro: $ 185 milyon
Hollivud ulduzunun «Qırmızı atəşlər», «Flin olmaq», «Freelancers», «Böyük toy» və «Ümid işartılarının toplusu» filmlərində aldığı rollar ona heç də az qonorar qazandırmayıb.
2. Uil Smit: $ 200 milyon
Bu ilin yayında ekranda yenə də «Qara paltarlı adamlar-3» filminin sevimli qəhrəmanları peyda oldu, amma zəhmətsevər əldə edilən nailiyyətlər ilə kifayətlənmək niyyətində deyil, o, «Qara paltarlı adamlar-4» və «Xenkon-2» filmlərində çəkilməyə hazırlaşır.
1. Tom Kruz: $ 250 milyon
Onun Keti Holms ilə boşanması barədə xəbərlər işıq üzü görən kimi, “Yerinə yetirilməz tapşırıq -Fantom protokulu” filminin kassa yığımları dərhal göyə yüksəldi. Bu isə Tom Kruzu Hollivudun ən çox əməkhaqqı alan aktyoruna çevirdi.