1 C
Baku
Saturday, December 14, 2024

Bank sistemlərinin inzibatçılığı qrupunun Lideri – Unibank

Başlıca öhdəliklər və məsuliyyətlər

• PT-nın inkişafı üzrə biznes tələblərin təhlili;
• Sistem inteqrasiya həllərinin arxitekturasının qurulması;
• Mövcud ABS arxitekturasının ekspertizası;
• Yeni (PL/SQL) funksionalın işlənməsi, mövcud olanın genişləndirilməsi;
• SQL sorğuların və PL/SQL paketlərin optimallaşdırılması;
• İnformasiya mühiti (ABS, DWH) daxilində, əlaqəli İT sistemlər (Card Processing Center, Automatically Payment System -Cash-in, CRM, Mobile Bank) üçün inteqrativ həllərin işlənməsi və tətbiqi;
• Saxlanılan prosedurların, funksiyaların, qovluqların, triggerlərin yazılması;
• Verilənlər seçimi üzrə SQL-sorğuların yaradılması;
• Tətbiq edilən yeniliklərin və dəyişikliklərin test olunmasının təşkili və keçirilməsi;
• Kənar tərtibatçılarla qarşılıqlı iş, işlənmə üzrə tapşırıqların icra olunmasına nəzarət;
• Texniki həllin işlənməsi, PT-na qarşı tələblərin və texniki tapşırıqların işlənməsi;
• Texniki sənədlərin yazılması.

Namizədin Profili

• Ali təhsil (tətbiqi riyaziyyat/kompyuter elmləri sahəsində)
• Rus və Azərbaycan dilləri üzrə mükəmməl, ingilis dili üzrə orta səviyyədə biliklər (sənədləri oxuyub başa düşəcək səviyyədə)
• İT sahəsində minimum 2 il iş təcrübəsi;
• Bank sektorunda, prosessinq mərkəzində və yaxud mobil operatorlarda minimum 1 il iş təcrübəsi;
• SQL-ni dərindən bilmək və PL/SQL-də proqramlaşdırma təcrübəsi, kodu keyfiyyətli yazmaq və onu sınaqdan çıxarmaq bacarığı, yad kodu təhlil etmək bacarığı;
• Analitik düşüncə tərzi və fikirlərin şərhinin strukturlaşdırılması, işdə sistemlilik məcburidir;
• Həmkarlarını təlimləndirmək, təcrübəni bölüşmək bacarığı;
• XML ilə iş təcrübəsi mütləqdir;
• BD Oracle inzibatçılığı təcrübəsi arzu olunandır;
• Ödəniş sistemlərinin iş prinsiplərini, tələblərini və iş texnologiyasını bilənlərə üstünlük verilir;
• JAVA-da proqramlaşdırılmanın əsaslarını bilənlərə üstünlük verilir;
• Stressə davamlılıq və kollektivdə işləmək bacarığı
• Məsuliyyətlilik
• Ünsiyyət bacarığı

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini şəkil ilə 24.08.2016-cı il tarixinədə[email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-ın mövzu hissəsində (Bank sistemlərinin inzibatçılığı qrupunun Lideri) göstərməyiniz xahiş olunur.

Son xəbərlər
Digər xəbərlər