1. Həyatı sevin
İnsanlar həyatı və yaşamağı sevən liderlərə vurğun olurlar.
2. Bütün insanlara “beş” verin
Bu insanlara sizin edə biləcəyiniz ən böyük yaxşılıqdır, həmçinin bununla onların diqqətini çəkə biləcəksiniz. Yüksək qiymət vermək, onlardan edə biləcəklərinin ən yaxşısını gözləmək anlamına gəlir. Bu ətrafdakı insanlara özünə daha inamlı olmağa, özünə güvənməyə və eyni zamanda da siz özünüzə də kömək edir.
3. İnsanlara ümid vermək
Fransız generalı Napoleon Bonapart liderləri “ümidlə hərəkət edən” insan kimi xarakterizə edir.
4. Yaxşı cəhətlərinizi paylaşın
İnsanlar öz ləyaqətli xüsusiyyətlərini, yaxşı cəhətlərini paylaşan və həyat boyu onlarla çiyin-çiyinə, əl-ələ hərəkət edən liderləri sevirlər. İnsanları öz arxanızca apardıqda, onlara sahib olduğunuz hər şeyi verin. Qoy, sizin müdrikliyiniz, sizin resurslarınız və hər hansı bir xüsusi gündəlik hadisələr onların da sərvətinə çevrilsin.