“Goldman Sachs” investisiya bankının iqtisadçıları sentyabrda Federal Ehtiyatlar Sisteminin (FED) faiz dərəcələrini artıracağı ehtimalının 55% olduğu qənaətindədir.
ABŞ iqtisadiyyatındakı göstəricilər “FED üçün yetərlidir və sentyabrda faiz dərəcələrinin yüksəldilməsinin taktiki cəhətdən bəzi üstünlükləri var”.
Bankın yaydığı məlumatda qeyd olunub ki, ümumilikdə 2016-cı il ərzində faiz dərəcələrinin artırılması ehtimalı 80%-ə bərabərdir.
APA