6 C
Baku
Wednesday, January 15, 2025

Səhər tezdən oyanmaq ürəyə pis təsir göstərir

Elm dəfələrlə yuxudan oyanma vaxtı ilə insan sağlamlığının müxtəlif aspektləri ilə bir əlaqə olduğunu sübut edib. Yapon alimləri səhər tezdən durmaq məcburiyyətinin ürək-damar sisteminə mənfi təsir göstərdiyini iddia edirlər.

Əgər sizin səhərlər yataqda br az qalmaq imkanınız varsa, bu imkandan istifadə edin. Yaponiyanın bir neçə universitetlərindən olan mütəxəssislərin və Kioto şəhərinin xəstəxanalarında çalışan mütəxəssislərin apardıqları tədqiqatlara əsasən səhər tezdən oyanmaq məcburiyyətində olan insanlar ürək xəstəliklərinə daha çox meyillidirlər, nəinki yatmağı sevən və nisbətən gec oyanan insanlar.

Bu nəticəyə tədqiqatçılar 23–90 yaş intervalında olan üç mindən çox insanın xəstəlik tarixçələrini araşdırarkən gəliblər. Müəyyən olunmuşdur ki, tez oyanan insanlar ürək- damar sisteminin hipertoniya və infarkt kimi xəstəlikəri ilə bağlı həkimlərə daha çox müraciət edirlər.

Avstraliyada keçirilən tibbi simpoziumda alimlər tərəfindən belə bir açıqlama səslənmişdi: «İşə getmək üçün və yaxud idmanla məşğul olmaq üçün səhər sübhdən oyanan şəxslər öz sağlamlıqlarına heç bir xeyr gətirmirlər. Əksinə, ürək və damar xəstəliklərinin yaranma riskini artırırlar».

Yapon tədqiqatçılarının gəldikləri nəticə ABŞ tibb adamları tərəfindən də təsdiq olunmuşdu. Sistemli şəkildə tezdən oyanan insanlar yuxu saatlarını məhdudlaşdırırlar, ürəklərinə olan yükü artırırlar və ürək- damar xəstəliklərinin riskini artırırlar. Bu xəstəliklər isə ölümlə nəticələnə bilərlər.

Qeyd edək ki, Kiotodan olan alimlər həmçinin tezdən oyanan insanların çox yaşadıqlarını da bəyan ediblər. Tədqiqatçılar oyanma vaxtı və uzunömürlülüyün arsında müəyyən bir əlaqənin olmasını təxmin edirlər.

Son xəbərlər
Digər xəbərlər