7 C
Baku
Sunday, December 15, 2024

Pullarla “dostluq” etməyi bacarırsınız?

Nəyə görə bəzi insanlar asanlıqla böyük pullara sahib olduğu bir zamanda digər bir qisim insan müəyyən limitdən daha yuxarı gəlir əldə edə bilmir?

Buna əsas səbəb kimi cavabınız “ixtisasa uyğun olmayan şirkətdə işləmək”, “pis müdir”, “perspektivsiz şirkət və işləməyə imkan verməyən iş yoldaşları” və s.dir?

İşlədiyiniz şirkət mükəmməldir, kolleqalarınız səmimidir, müdiriniz isə “mələk” kimi insandır, lakin əmək haqqınız illərdir olduğu yerdəcə qalaraq tərpənmir?

Bütün bunların bir neçə səbəbi var.

  • Qorxu.
  • Məsuliyyət. Daha çox pul qazanmaq üçün nələri etməyə hazırsınız? Axı heç bir yeni fəaliyyətin olmaması, nəticənin də əvvəlkindən fərqlənməyəcəyi deməkdir. Əlavə iş saatlarına, adət etmədiyiniz fəaliyyətlərə, vacib işgüzar insanlar ilə görüşlərə və yaxud ezamiyyətlərə hazırsınızmı? Məsuliyyət çərçivənizi genişləndirməklə, pulların axın kanalını da genişləndirin!
  • Qəti olaraq əminsiniz ki, cari təhsiliniz ilə əlavə gəlir qazanmaq şansınız demək olar ki, yoxdur. Beyninizdə bundan əlavə, daha hansı inanc və iddialarınız var? Arzusunda olduğunuz miqdarda qazanc əldə etməyə sizə məhz bu iddialar mane olur?

“Böyük” pullar qarşısında yaşanan qorxu:

Hazırda itirməkdən qorxmadığınız miqdarda qazanc əldə edirsiniz. Kainat daim bizim qayğımıza qalır, bizə isə məhz olaraq istədiyimizi verir.

Belə bir hadisəni təsəvvür edin: qəfildən xoşbəxtlik bir çemodan pul şəklində qarşınıza çıxdı. Nə hiss edirsiniz? Bu çemodan ilə (və yaxud paket, çanta) küçədə gedirsiniz. Tutaq ki, çantada 10 000 AZN pul var. Sizi öldürə və yaxud qarət edə bilərlər deyə qorxu hiss edirsiniz? Və yaxud sakit şəkildə bu pulları əldə etmisiniz, sakit şəkildə onlar haqqında düşünürsünüz və yenə bu həcmdə pul qazana bilərəm düşünüb eyni sakitliklə onlarla vidalaşa bilərsiniz? Fırıldaqçı və yaxud qarətçilərin olub-olmamasını aydınlaşdırmaq məqsədilə ətrafa boylanırsınızmı?

Əgər bu vəziyyətə hazır deyilsinizsə, kainat sizi bu stressdən uzaqlaşdıracaq. Özünüz üçün belə bir suala cavab verin: Stress yaşamadan nə qədər məbləği qəbul etməyə hazırsınız?Gələcək zamanda hansı cəhətlər üzərində işləməli olduğunuzu dəqiq olaraq bilirsiniz?

Əgər bu suallar ətrafında özünüzü təhlil etsəniz, arzusunda olduğunuz məbləğə doğru aparan yeni bir yolu kəşf etmiş olacaqsınız. Pullar onu qorumağı və dəyərləndirməyi bacaran insanlara aid olmağı sevər. Bir sıra kənar amillər istisna olmaqla, cari maliyyə vəziyyətinizin sabitliyini bərpa etmək öz qərarlarınızdan və pulu əldə etməyə hazırlıq səviyyənizdən asılıdır.

İradəli olun və sizdə mütləq alınacaq!

 

Son xəbərlər
Digər xəbərlər