8 C
Baku
Tuesday, December 23, 2025

Bank Respublika nizamnamə kapitalını artırdı

15 İyul 2016-cı il tarixində, Bank Respublika ASC-nin Baş ofisində səhmdarların ümumi yığıncağında bankın nizamnamə kapitalın 20 mln manat artırılmasına dair qərar qəbul olunmub. Bu barədə Banker.az-a Bankdan məlumat verilib.

Bu qərar əsasında 15.09.2016-ci il tarixində səhmlərin alınması məqsədi ilə bankın mövcud səhmdarları tərəfindən Milli Depozit Mərkəzinə 20 mln. manat köçürülüb.

Bu artım, nizamnamə kapitalın 53% təşkil edib və 57.5 mln. manata çatdırılıb.

Kapitalın artımı bankın inkişaf strategiyasına uyğun olaraq həyata keçirilmişdir və bankın dayanıqlı inkişafını təmin edib əməliyyat və kreditləşdirmə imkanlarını genişləndircək.

Kapitalın gücləndirilməsi həmçinin əsas inkişaf sahələrindən biri olan korporativ bankçılıq sahəsində daha da geniş işin aparılmasına imkan yaradacaq.

Prioritet istiqamətlərindən olan innovasiyalar da, hansıları ki artıq elektron bankçılıq kanalları, kart məhsulları və digər bank xidmətləridə öz əksini tapmaqdadırlar, bu addımdan sonra daha böyük tədbiq imkanları alacaqlar.

Bank Respublika 22 may 1992-ci il tarixdə Azərbaycan Respublikası Milli Bankının lisenziyası əsasında fəaliyyətə başlamışdır və artıq 24 ildir ki öz müştərilər üçün faydalı olmaq prinsipi ilə fəaliyyət göstərir.

Bankın səhmdarları sırasında Almaniyanın 2 maliyyə təşkilatı təmsil olunur – KfW bank qrupunun üzvü DEG İnvestisiya Şirkəti və Sparkassen-Finanzgruppe maliyyə qrupunun üzvü Sparkassen International Development Trust.

Son xəbərlər
Digər xəbərlər