14 C
Baku
Friday, November 21, 2025

Hesabatlıq şöbəsinə mütəxəssis – DəmirBank

Vəzifə öhdəlikləri:

• Beynəlxalq Mühasibat Uçotu Standartlarına (BMUS) uyğun rüblük, yarimillik və illik maliyyə hesabatlarının hazırlanması;
• Kənar audit şirkəti tərəfindən aparılacaq audit üçün tələb olunan məlumatlar ilə bağlı məlumat bazasının yaradılması;
• Kənar audit şirkəti tərəfindən maliyyə hesabatlarına dair verilən tövsiyyələrin və düzəlişlərin təhlil edilməsi, əsas fərqlər və bu fərqlərin Bankın Maliyyə siyasətinə uyğunluğuna dair hesabatın təqdim edilməsi;
• Daxili audit və BMUS tələblərinə uyğun maliyyə hesabatlarının tərtib və təqdim edilməsi prosedurlarının yaradılması və daim yenilənməsinin təmin edilməsi;
• İİS hesabatlarının  yaradılması və mütəmadi təqdimatının təmin edilməsi;
• Maliyyə hesabatlarının tərtibi üçün tələb olunan sənədlərin maliyyə siyasəti və daxili audit tələblərinə uyğunluğuna nəzarət edilməsi.

Namizədə qarşı tələblər:

• Ali təhsil (maliyyə, mühasibat və ya iqtisadiyyat üzrə);
• Maliyyə istiqamətində beynəlxalq sertifikatlara sahib olmaq (üstünlükdür);
• Sözügedən sahədə ən azı 1 illik iş təcrübəsinə malik olmaq;
• Elektron maliyyə proqramları üzrə bilik və işlətmə bacarığına sahib olmaq;
• Yüksək səviyyədə riyazi və texniki bacarıqlara sahib olmaq;
• Analitik düşünmə qabiliyyətinə sahib olmaq;
• Azərbaycan və inglis dili üzrə mükəmməl biliklər, rus dilləri bilənlərə üstünlük veriləcək;
• Microsoft Office proqramlarında işləmə qabiliyyəti.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 26 sentyabr 2016-cı il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Son xəbərlər
Digər xəbərlər