15 C
Baku
Sunday, November 24, 2024

HSBC çevrilişdən xəbər verir

Dünya siyasətçilərinin iqtisadçılar ilə əl-ələ verib, tətillərin və böhranların qarşısını almağa çalışdığı bir vaxtda, HSBC  çevriliş olacağından xəbər verir. Bütün dünya istehlakçı çevrilişindən lərzəyə gələcək… Ekspertlər əmindir ki, bir neçə on illik ərzində dünya üzrə orta təbəqənin genişlənərək böyüməsi analoqu olmayan bir həddə çatacaq: Yer kürəsinin əhalisinin 40%-dən çoxu və ya 3 milyard insan 2050-ci ilə qədər orta təbəqənin təmsilçisi olacaq. Tamamı ilə təxmin ediləndir ki, daha çox rifah artımı inkişaf etməkdə olan ölkələrin payına düşəcək: HSBC belə proqnoz edir ki, emerging market, yəni inkişaf etməkdə olan ölkələrin bazarı 2050-ci ildə dünya istehlakının təxminən 2/3-ni əhatə edəcək, bu göstərici hazırda 1/3 civarındadı. 

HSBC 17 inkişafda olan ölkənin bazarlarını tədqiq etmişdir, ekspertlər hesab edir ki, 2050-ci ildə bu ölkələr dünyanın 30 ən iri iqtisadiyyatı sırasına daxil olacaq. Qeyd edə ki, bu siyahıda qonşu ölkələri içərisində Rusiya və Türkiyənin də adı var, amma, HSBC heç də əsrin ortalarında Rusiyanın gəlirlərinin çox da artacağını vurğulamır, əksinə Rusiyada əhali sayı azalaraq 142 milyondan 116 milyona düşəcək, buna görə də (hər beş nəfərdən biri öldüyü təqdirdə) digərlərinə düşən gəlir miqdarı daha artıq olacaq.

2050-ci ildə gəlirlərin fenomenal artımı
Adam başına düşən orta gəlirin arımı, 2010–2050-ci illər

hsbc rost dohodovMənbə: HSBC qiymətləndirməsi. Avrozonaya daxildir Almaniya, Fransa, İspaniya və İtaliya.

Harada daha çox qazanılmağa başlanacaq və ən çox tələbat hansı məhsullara olacaqdır?

Araşdırmada yer alan bəzi faktlar:

•    İnkişaf etmiş ölkələrdə əhalinin qocalması prosesi baş verir, amma əksər inkişafda olan ölkələrdə bu plandakı göstəricilər daha ümidvericidir. Sübut olunub ki, istehlakçılar daha çox 16-40 yaşlar arasında xərcləməyə meylidirlər. Beləliklə Filippin, Hindistan, Pakistan, Misir və Səudiyyə Ərəbistanı kimi ölkələrdə əhalinin orta yaşı təqribən 25-dir. Artan gəlirləri olan bu gənc əhali müxtəlif alış-veriş etməyə hazırdırlar, onlardan fərqli-olaraq İtaliya, Almaniya və Yaponiya kimi ölkələrin əhalisi qocaldıqca qənaətə meylli olur.

•    İnkişaf etməkdə olan ölkələrdə nəinki orta təbəqə, hətta daha yüksək gəlirləri olan sinif də böyüyəcək.

•    2030-cu ilə qədər 1,3 milyard insan, 2050-ci ilə qədər isə 2,6 milyard insanın gəlirlərinin səviyyəsi orta təbəqəyə qədər yüksələcəkdir. Növbəti 40 il ərzində Misir, İndoneziya və Filippində  orta təbəqənin təmsilçilərinin məcmu sayı Rusiya və Braziliyadan daha çox olacaq.
•    2050-ci ilə qədər sıravi çin vətəndaşının orta gəliri 7 dəfə artacaq. Bu zaman adam başına düşən individual gəlir 18 000 dollar təşkil edəcək.

•    Hindistanın 1,6 milyardlıq əhalisinin gəlirləri 2050-ci ildə indikinə nisbətən 6 dəfə çox olacaq.

•    Filippində 2050-ci ilə qədər əhalinin sayı Almaniya və Böyük Britaniya ilə müqayisədə təxminən 2 dəfə daha çox olacaq, burada əhalinin real gəlirlərinin təxminən 9 dəfə artmasını müşahidə etmək mümkün olacaq.

•    İnkişaf etmiş ölkələr yaxın 40 il ərzində öz vətəndaşların hər birində istehlak xərclərinin cəmi 2% artıma nail ola biləcəyi halda, Çin, Hindistan, Filippin, Peru, Malayziya və Rusiya kimi ölkələrdə adambaşına gəlirlər 4% olacaq.

•    Maliyyə sektorundakı tələbat da çox güclü artıma məruz qalır. Əgər hal-hazırda dünya üzrə inkişafda olan bazarlar təqribən təqdim edilən maliyyə xidmətlərinin 18%-dən yararlanırsa (yəni istehlak edirsə), 2050-ci ildə bu rəqəm 50%-dən çox olacaq.

•    Gəlirlərin dəyişdiyi halda, xərclərin də strukturu dəyişəcək: Xüsusən də zərərli vərdişlərə çəkilən xərclərin miqdarı və payı artacaq. Gəlirlər az olduqda, insan öz ümumi daxilolmalarının 40%-ni qidalanmaya sərf edir, gəlirlər yüksəldikdə isə bu rəqəm 10%-ə enir. Təəccüblü deyil ki, istehlak olunan qidanın növü də nəzərə çarpacaq dəyişikliyə məruz qalır (ət, balıq, süd məhsulları, həmçinin alkoqol və tütünün qəbulu artır). Həmçinin də əyləncələrə sərf edilən vəsait çoxalır.

•     Əsrin ortalarında Çin, Meksika, Türkiyə, Argentina və Rusiya yüksək səviyyəli gəlirləri olan ölkələr qrupunda olacaq.

Son xəbərlər
Digər xəbərlər