Vergilər Nazirliyi vergi borcuna görə Azərbaycandan çıxması qadağan edilən şəxslərin siyahısına dəyişiklik edib.
“Report” xəbər verir ki, ölkədən çıxışı məhdudlaşdırılan fiziki şəxslərin sayı 348-dən 328-ə endirilib.
Vergi borcuna görə Azərbaycan sərhədlərini tərk etməsi qadağan edilən hüquqi şəxslərinin icra orqanlarının rəhbərlərinin sayı isə 10 nəfər artırılaraq 486-ya çatdırılıb.
Ümumilikdə sözügedən səbəbdən Azərbaycandan çıxışına icazə verilməyən şəxslərin ümumi sayı 824-dən 814-ə düşüb.