Sahibkarlığa Kömək Milli Fondu (SKMF)indiyədək Bakıda istixana komplekslərinin yaradılmasına 95,8 mln. manat ümumi məbləğdə güzəştli kredit ayırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə fonddan məlumat verilib.
“Son illər Bakı qəsəbələrində 32 müasir istixana kompleksinin yaradılmasına 95,8 mln. manat vəsait ayrılıb”, – deyə Fonddan qeyd ediblər.
SKMF 1992-ci ildə yaradılıb. Sahibkarlara kreditlərin verilməsi 59 bank və qeyri-bank kredit təşkilatı vasitəsilə həyata keçirilir. 2015-ci ildə fondun xətti ilə sahibkarlara 248,5 mln. manat məbləğində güzəştli kredit verilib. 2016-cı ildə bu məbləğ 250 mln. manat təşkil edəcək.**