7 C
Baku
Friday, December 26, 2025

FED uçot dərəcəsini gələn ayda artıra bilər

ABŞ iqtisadiyyatı uçot dərəcəsinin artırılmasına hazırdır və ölkədə prezident seçkilərinin keçirilməsinə baxmayaraq, bu, noyabrda baş tuta bilər.

“Bloomberg” agentliyinə istinadən xəbərə görə, bu açıqlamanı ABŞ-ın Klivlend ştatı Mərkəzi Bankının rəhbəri Loretta Mester “Bloomberg” telekanalına müsahibəsində verib. O bildirib ki, FES-in ABŞ prezident seçkilərinə 1 həftə qalmış, noyabrın 1-2-də Vaşinqtonda keçiriləcək iclasda uçot dərəcəsini artırması mümkündür və seçkilər buna mane olmayacaq.

Qeyd edək ki, L.Mester FES-in 21 sentyabr iclasında uçot dərəcəsinin artırılmasını dəstəkləyib. O, ABŞ iqtisadiyyatının ilin II yarısında sürətlənəcəyini və inflyasiyanın FES-in 2% hədəfinə tezliklə çatacağına inandığını bildirib: “FES irəliyə baxmalı və gözləməməlidir”.

Xatırladaq ki, maliyyə bazarları iştirakçıları FES-innoyabr iclasında, prezident seçkiləri ərəfəsində uçot dərəcəsinə dəyişiklik etməyəcəyini düşünürlər. Lakin bu cür açıqlamalar investorlarda müəyyən gözləntilər yarada bilər.

Report

Son xəbərlər
Digər xəbərlər