6 C
Baku
Sunday, December 15, 2024

Palata bir sıra müəssisələrin səhmlərini qeydə alıb

06 oktyabr 2016-cı il tarixində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) tərəfindən “AZRUSTANRANS” QSC-nin hər birinin nominal dəyəri 1 manat olan 150000 ədəd adi sənədsiz səhmlərinin ilkin buraxılışı AZ1001019939 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır. Səhmlərin qapalı yerləşdirmə üsulu ilə yerləşdirilməsi nəzərdə tutulmuşdur.

Palata tərəfindən həmçinin 06 oktyabr tarixində “MKT İSTEHSALAT KOMMERSİYA” MMC-nin hər birinin nominal dəyəri 1000 ABŞ dolları olan 20000 ədəd faizli təmin edilməmiş istiqrazların buraxılışı AZ2001019929 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır. Qeyd edək ki, istiqrazların tədavül müddəti 24 ay, illik gəlirlik dərəcəsi 6% kimi müəyyən edilmişdir.

Son xəbərlər
Digər xəbərlər