6 C
Baku
Sunday, December 15, 2024

VTB-nin səhmləri yüksəlməyə başlayıb

Rusiyanın “Bank VTB”-nin səhmlərinin qiyməti özəlləşdirmə xəbərinin açıqlanması ilə bir qədər bahalaşıb. “RİA” agentliyinə istinadən xəbərə görə, bu barədə Moskva Fond Birjasından məlumat verilib. MMVB fond indeksinin azalmasına baxmayaraq Bankın səhmlərinin qiyməti 0,1% bahalaşıb.

Xatırladaq ki, “Bank VTB”-nin özəlləşdirilməsi 2017-ci ilə nəzərdə tutulub. Bu barədə Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayev xəbər verib. Onun sözlərinə görə, Bankın 10,9% səhmlərinin özəlləşdirilməsi planlaşdırılır.

“Bank VTB” Rusiyanın aktivlərinə görə ikinci bankıdır və 651 mlrd. rubl (10,5 mlrd. ABŞ dolları) həcmində nizamnamə kapitalına sahibdir.

Report

Son xəbərlər
Digər xəbərlər