7 C
Baku
Monday, December 22, 2025

“Lider” ən çox istifadə olunan istiqamətlər üzrə pul köçürmələrində komissiya haqqını ləğv etdi

Yalnızca pul köçürmələri – başqa heç bir şey tələb olunmur! Oktyabr ayından başlayaraq “Lider” ödəniş sisteminin müştəriləri pul köçürmələri edərkən komissiya haqqı ödəməli deyillər. “Lider” ödəniş sistemi bütün sistem xərclərini öz üzərinə götürür.

Beləliklə, pul köçürmələri zamanı komissiya haqqı Rusiya, həmçinin Azərbaycan, Qırğızıstan, Abxaziya, Belorusiya, Gürcüstan, Moldova, Ukrayna, Qazaxıstan, Özbəkistan və Tacikistan istiqamətləri üzrə ləğv edilir. Bundan əlavə, müştəri Azərbaycan, Qazaxıstan və Ukraynadan Rusiyaya və yuxarıda qeyd edilən 10 ölkəyə pul göndərdikdə komissiya haqqı ödəməli olmayacaq. Oktyabr ayının sonuna qədər 0 tarifi digər ölkələrdə də tətbiq ediləcək.

Bu yeni şərtlər göndərilən və qəbul edilən valyutalar bir-birindən fərqləndikdə tətbiq ediləcək. Məsələn, pul rus rublu ilə göndərilirsə və alıcıya ABŞ dolları ilə təqdim edilirsə pul göndərən şəxsdən komissiya haqqı alınmır. Konvertasiya isə pul köçürməsi zamanı mövcud olan “Lider” sisteminin məzənnəsinə əsasən həyata keçirilir. Pul köçürməsini isə rubl, ABŞ dolları və avro ilə etmək mümkündür.

“Lider” ödəniş sisteminin satış direktoru Tatyana Qalkina bildirib: “Biz öz müştərilərimizin üstünlük verdikləri cəhətləri araşdırdıq və şirkətin pul ödənişlərinin 50%-dən çoxunun həyata keçirildiyi ölkələri təyin etdik. Komissiya haqqını ləğv edərək müştəri loyallığının artacağına ümid edirik ki, bu da son nəticədə dövriyyənin artmasına səbəb olacaq. Partnyorlarımız olan banklar və şəbəkə riteylerləri, müştərilərimizin baş çəkdiyi ofislər üçün əməkdaşlıq şərtlərimiz dəyişməz olaraq qalır”.

““Lider” beynəlxalq pul köçürmələri” ödəniş sistemi 2003-cü ildən başlayaraq fəaliyyət göstərir. “Lider” ödəniş sisteminin operatoru “Lider” BOKT səhmdar cəmiyyətidir (Moskva, Rusiya bankının  3304-K №-li lisenziyası). “Lider” dünya üzrə milyonlarla insanı birləşdirir. Pul köçürmələri, istənilən hesabın ödənməsi, xərclər üzrə nəzarət – hamısı bir pəncərədə. Bizim xidmətlərimiz banklarda, riteyler şirkətlərdə, bankomatlarda/terminallarda, internet və gadgetlərdə əlçatandır. Biz şəxsi maliyyə məsələlərini idarə etmək prosesini asan və rahat edirik. 24 saat fəaliyyət göstərən əlaqə mərkəzi: 0 88 984 05 05. Sayt: www.leadermt.ru

Son xəbərlər
Digər xəbərlər