5 C
Baku
Saturday, December 14, 2024

Rusiya büdcəsində kəsir 2034-cü ilədək davam edəcək

Rusiyanın dövlət büdcəsi 2034-cü ilə qədər kəsirlə üzləşəcək və ÜDM-ə nisbətdə 0,7%-dən aşağı düşməyəcək. “Lenta.ru” saytına istinadən xəbərə görə, bu barədə Rusiya Dövlət Dumasının rəsmi saytında büdcə proqnozları ilə bağlı məlumatda qeyd olunub.

Məlumatda, həmçinin bildirilir ki, 2020-ci ildə büdcə kəsiri ÜDM-in 1%-nə, 2030-2034-cü illərdə isə 0,7%-nə bərabər olacaq, neft-qaz gəlirləri isə getdikcə azalacaq. 2016-cı ildə ÜDM-in 5,8%-ni təşkil edəcək neft-qaz gəlirləri 2034-cü ildə 3,6%-ə enəcək. Həmçinin, büdcə xərcləri də azalacaq. Əgər 2016-cı ildə büdcə xərcləri ÜDM-in 37,3%-nə bərabər olacaqsa, 2034-cü ildə bu göstərici 30,5%-ə enəcək.

Xatırladaq ki, oktyabrın 28-də Rusiyanın maliyyə naziri Anton Siluanov bildirib ki, büdcə xərcləri üzrə öhdəliklər neft qiymətləri yüksəlsə də artırılmamalıdır. Elə həmin gün Rusiya hökuməti parlamentə göndərdiyi büdcə layihəsində 2018-ci ilə büdcə kəsirinin ÜDM-in 3,2%-nə, 2019-cu ildə isə 1%-ə çatdırılmasını hədəfləyib.

Report

Son xəbərlər
Digər xəbərlər