Business Insider nəşri artıq yaşı 20 olan şəxslərin xüsusi olaraq diqqət yetirməli olduğu 9 əsas məsələdən ibarət olan siyahını nəşr etdi. Bu cür yanaşmanın sayəsində artıq 30 yaşa qədər yüksək məbləğə nail olmaq mümkündür. Əlbəttə, bu siyahının müəllifləri hər kəsə uğuru zəmanət verməsələr də, aşağıda qeyd edilən, çox da çətin olmayan məsləhətlərə riayət etmək sizi uğura yaxınlaşdıra bilər.
Pul qazanmağa köklənin:
Çox varlı bir şəxs olmaq üçün öz gəlirlərinizin daimi olaraq artmasını təmin edən strategiyaya köklənmək lazımdır. Adətən, bu kifayət qədər çətin olur. Bununla belə, müxtəlif variantları nəzərdən keçirmək, paralel layihələr üzərində işləmək və s. mümkündür.
Müxtəlif pul axını mənbələri yaradın:
Varlı insanlar bir qayda olaraq bütün yumurtaları eyni zənbilə qoymur, bunun əvəzində onları gəlir ilə təmin edən 1, 2 və yaxud 3 maliyyə axını mənbəyi yaradır. Alternativ enerji mənbəyi qismində isə investisiya, səhm alışı, daşınmaz əmlakın icarəyə verilməsi və s.-dən istifadə etmək olar.
Daha sonradan sərmayə yatırmaq üçün əmanət yığın:
Qənaət etmək və pul yığmaq üçün yeganə rasional məqsəd daha sonradan onlar vasitəsilə sərmayə yatırmaqdır. Bununla yanaşı, təhlükəsizlik barədə unutmayın. İnvestisiya və yeni imkanların axtarışı ilə yanaşı, mütləq olaraq bank hesabı açın və “dar gündə” köməyinizə çatacaq qədər məbləği ora yatırın. Təcili ehtiyacınız olduqda belə bu pulu xərcləməyin. Bu məbləğ sizin təhlükəsizlik yastığınızdır.
Mümkün olan qədər çox xərcləməyə çalışmayın:
Hətta kifayət qədər qazandıqda belə lazımsız əşyalara pul xərcləyərək gəlirinizi küləyə sovurmayın. Bu vərdişdən imtina etmək əhəmiyyətli dərəcədə qənaət etməyə imkan verəcək.
Pullar haqqında təsəvvürünüzü dəyişin:
Bir çox varlı insanın uğur yolu maliyyə məsələləri ilə bağlı suallara və pula qarşı davranışa fərqli bucaq altından baxmaqdan keçib. Qoy başqaları düşünsün ki, milyonçu olmaq – uğur deməkdir. Siz isə düşünməlisiniz ki, bu öz üzərinizdə çox işləməkdir.
Özünüzə sərmayə yatırın:
Özünə sərmayə yatırmaq – dünyada ən təhlükəsizlik yatırım növüdür. Bunun faydasını görəcəksiniz. Heç deyilsə gün ərzində 30 dəqiqə kitab oxuyub, podkastlar dinləyin və işinizin professionalları ilə söhbət edin. Başqa sözlə desək, öz əhatə dairənizi və bacarıqlarınızı mümkün olan bütün vasitələr ilə genişləndirin. Əsas məqsədiniz – mümkün olan qədər çox bilik əldə etməkdir.
Məqsədlə təyin edin:
Əgər nəyəsə nail olmaq istəyirsinizsə, dəqiq təyin olunmuş məqsədsiz və onun reallaşdırılması üçün konkret plan olmadan irəli addımlaya bilməyəcəksiniz. Daim bunun üzərində işləməsəniz pul və əlavə gəlirə nail ola bilməyəcəksiniz. Öz hədəflərinizə köklənin və onları həyata keçirin.
Əhatə dairənizi genişləndirin:
Uğura nail olmaq üçün özünüzü motivasiya verə bilən uğurlu, bacarıqlı insanlarla əhatə etmək lazımdır. Ağıllı insanların əhatəsində daha çox yeni biliklər əldə etməyə can atacaqsınız, bu isə məqsədinizə daha sürətlə nail olmaq üçün əlavə bir şans deməkdir. Bundan əlavə, psixoloqlar iddia edirlər ki, biz daha çox ünsiyyətdə olduğumuz insanlara oxşamağa başlayırıq.
1 milyon deyil, 10 milyon dollar qazanmağa hədəflənin:
Uğurlara nail olmaq istəyən yeni başlayanların yol verdiyi əsas səhvlərdən biri onların qarşılarına kiçik məqsədlər qoymalarıdır. Daha böyük məqsədlərə can atın. Onlar sizə əmin və daha fəal şəkildə hərəkət etməyə kömək edəcək.