11 C
Baku
Monday, November 25, 2024

Venesuelada məhsulun haqqını ödəmək üçün pulu tərəzidə çəkirlər

Venesuelada ölkənin milli valyutası olan venesuela bolivarının devalvasiyasından və hiperinflyasiyadan sonra satıcılar alıcıların məhsulun haqqını ödəmək üçün verdikləri pulları tərəzidə çəkməyə başlayıblar.

Verilən məlumatlara görə, pulları saymaq uzun müddət tələb etdiyindən onların çəkisini ölçmək daha rahatdır.

Ölkənin paytaxtı Karakasda satıcı işləyən Umberto Gonzales bildirib ki, “indi pendir bir bağlama puldan daha bahadır”.

Qeyd edilir ki, bütün ölkə mağazalarında pulun çəkisi ölçülməsə də, bu üsuldan istifadə edən satıcıların sayı artmaqdadır.

Alıcılar alış-verişə yollanmadan öncə pul bağlamalarını kisələrə yığırlar. Ölkə rəhbərliyi isə inflyasiya haqqında rəsmi məlumatları nəşr etməkdən imtina edir. Qeyri-rəsmi məlumatlara görə, ölkədə inflyasiya səviyyəsi 200-dən 1500%-ə qədər ola bilər.

Bununla belə, hökumət hələ ki, yeni banknotlar buraxmağı planlaşdırmır.

Son xəbərlər
Digər xəbərlər