13 C
Baku
Saturday, November 23, 2024

“Aqrarkredit” ABB-nin problemli aktivlərini satmağa hazırlaşır

“Aqrarkredit” QSC bank olmayan kredit təşkilatı (BOKT) “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) problemli aktivlərini satmağa və kənar idarəçilərə verməyə hazırlaşır. Bu barədə agentlik BOKT-a istinadən xəbər verir.

Məlumata görə, bu məqsədlə Nazirlər Kabinetinin 22 iyul 2016-cı il tarixli qərarı ilə yaradılmış Müsabiqə Komissiyasının qərarı ilə aktivlərin qiymətləndirilməsi üçün aşağıdakı şirkətlər seçilib:

– “PricewaterhouseCoopers Azerbaijan”;

– “Deloitte Azerbaijan”;

– “Ernst & Young Azerbaijan”;

– “Nexia EA” MMC;

– “RSM Azerbaijan”;

– “BDO Azerbaijan”;

– “Koneko Group” MMC;

– “Real Prays” MMC;

– “VETO Consulting” MMC.

Müsabiqə Komissiyası, həmçinin satış üçün hərrac təşkilatlarının seçimini başa çatdırıb.

Report

Son xəbərlər
Digər xəbərlər