14 C
Baku
Sunday, November 24, 2024

“Bankların bağlanmasının səbəbi sahiblərinin birləşmək istəməməsidir” – Millət vəkili

“Əgər qısa zamanda bank sistemi sağlamlaşdırılmazsa, bu, çox böyük fəsadlara səbəb olacaq”. Bunu Milli Məclisin üzvü Vahid Əhmədov Bakıda keçirilən “Kiçik və orta sahibkarlığın inkişafı” adlı konfransda bildirib.

Millət vəkili qeyd edib ki, devalvasiyadan öncə 42 bank fəaliyyət göstərirdi, lakin milli valyutanın dəyərdən düşməsindən sonra bankların sayı 32-yə enib: “Maliyyə Bazarlarına Nəzarət Palatası banklarda çox ciddi araşdırmalar apardı və araşdırmalar zamanı məlum oldu ki, onların bir çoxu kredit qoyuluşunda ciddi nöqsanlara yol veriblər. Bundan başqa, banklarda qanunsuz fəaliyyət göstərmə halları da aşkar olundu. Azərbaycan prezidenti dəfələrlə bildirib ki, banklar bağlanmamalı, konsolidasiya olunmalıdır. Amma bir bank sahibi digəri ilə birləşmək istəmir, bu isə sonradan bankların bağlanmasına səbəb olur. Təbii ki, bu, həm cəmiyyətdə, həm də banklar arasında ciddi təşviş yaradır”.

Onun sözlərinə görə, noyabrın 24-də bütün bankların iştirakı ilə konfrans keçiriləcək və tədbirdə sektordakı mövcud problemlər müzakirə olunacaq.

APA

Son xəbərlər
Digər xəbərlər