13 C
Baku
Sunday, November 24, 2024

Yapı Kredi Banki Azərbaycanın zərəri 4 dəfədən çox artıb

Banker.azın verdiyi məlumata görə, Yapı Kredi Bank Azərbaycan 2016-cı ilin 3-cü rübünün sonuna dair hesabatlarını açıqlamışdır.

Bankın qeyd olunan dövrə zərəri 5.2 mln. manata qədər artmışdır. Məlumat üçün bildirək ki, 2-ci rübün sonunda bankın zərəri 1.2 mln. manata bərabər idi. Zərərin bir rüb ərzində 4 dəfəyə qədər artmasına səbəb isə , vaxtı keçmiş kreditlər üzrə portfel üzrə ehtiyatların təxminən 2 dəfə artması ilə əlaqədardır.

Buna da bax: RƏSMİ: Azərbaycanda dolların məzənnəsi 1,71 manatı ötdü

Vaxtı keçmiş kreditlər üzrə portfeldə kifayət qədər artımlar müşahidə olunur. Bank 2-ci rüblə 3-cü rüb arasında vaxtı keçmiş portfelin həcmini 10 mln. manat artıraraq 57 mln. manata çatdırmışdırki, buda ümumi kredit portfelində onun xüsusi çəkisini 25.8% təşkil edir.

Maraqlı nüanslardan biri, bankın aktivlərində olan artımdır. Banker.azın digər banklarda apardığı monitorinq nəticəsində, 3-cü rübdə atkvilərində müşahidə olunan çox az sayda bank olmuşdurki, onların arasında Yapı Kredi Bank yer alır. Bankın aktivlərində artım daha çox digər banklarda nostro hesablarında artım nəticəsində olmuşdur. Hazırda bankın aktivləri 415 mln. manat təşkil edir.

untitled

Balans hesabatı

Gəlir və xərclər hesabatı

Son xəbərlər
Digər xəbərlər