Baş əməliyyatçı/ Bakı şəhəri
Əsas vəzifələr:
Qayda və təlimatlara uyğun olaraq müştərilərin müvafiq qaydada qarşılanması və onlara peşəkar xidmətin göstərilməsi;
Müştərilərin xidmət və məhsullara dair ehtiyaclarının müəyyən edilərək, onların tələblərinə yönəldilmiş məhsul çeşidlərinin təklif edilməsi;
- Əmanət hesabı, kommunal ödəniş, sürətli pul köçürmələri, mobil ödənişləri və digər əməliyyatların aparılmasını həyata keçirilməsi;
- Qanunvericiliyə uyğun olaraq, xidmət etdiyi fiziki şəxslərin hesablarının qalıqları və hesabları üzrə əməliyyatlar barədə müvafiq orqanlara arayışların hazırlanması ;
- Öz vəzifələrinin icrasına dair müxtəlif hesabatların hazırlanması;
- Vergi, məhkəmə, DSMF və digər icra orqanları tərəfindən qoyulmuş sərəcamların icrasına nəzarət edilməsi;
- Bankda keçirilən layihə, tədbir və aksiyaların filialda koordinasiya edilməsi;
- Müvafiq strukturlar tərəfindən tələb edilən sorğuların cavablandırılmasının təmin edilməsi;
- Filialın xəzinəsinin açılıb bağlanılmasında iştirak edilməsi;
- Filialdaxili arxiv işinin aparılmasının təmin edilməsi.
Namizədə olan əsas tələblər:
- Ali təhsil (maliyyə – iqtisad sahəsi üzrə arzuolunandır)
- Müvafiq sahə üzrə azı 3 il iş təcrübəsi;
- Azərbaycan və rus dillərini mükəmməl bilməsi (ingilis dili arzuolunandır);
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olması;
- Yüksək kommunikasiya və problemləri həll etmə bacarıqlarına sahib olması;
- Banklarda əməliyyatların aparılmasına dair AR Mərkəzi Bankın normativ sənədlərin norma və tələblərinin bilməsi
Qeyd edilən tələblərə uyğun olan namizədlər öz CV-lərini career@rabitabank.com e-mail ünvanına göndərə bilərlər.
Vakansiya ilə əlaqədar müraciət edən şəxslərin qeyd edilən e-mail ünvanına CV ilə birlikdə öz portfoliolarını da göndərmələri mütləqdir.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Baş əməliyyatçı) göstərməyiniz xahiş olunur.