Bu gün Baku Ekspo Mərkəzində “Daşınmaz əmlak, özəlləşdirmə və investisiya” mövzusunda konfrans keçirilir.
Konfransda Əmlak Məsələləri üzrə Dövlət Komitəsi, Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi, İqtisadiyyat Nazirliyi və Azərbaycan Banklar Assosiasiyasının nümayəndələri iştirak edir.
Tədbirdə çıxış edən Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov bildirib ki, bu günə qədər yerli investorlarla yanaşı, xarici investorların da iştirak etdiyi investisiya müsabiqələri vasitəsilə özəlləşdirmə nəticəsində Azərbaycan iqtisadiyyatına 1,1 mlrd. dollar həcmində investisiya yatırılıb: “Bu özəlləşdirmə nəticəsində istehsal dəyəri 1,5 mlrd. manat artıb. Azərbaycana investisiya cəlbi baxımından da bu gün burada keçirilən sərginin çox böyük əhəmiyyəti var. Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin də sərgidə öz pavilyonu var. Çalışırıq ki, bu sərgidə yerli və xarici investorları özəlləşdirməyə cəlb edək. Özəlləşdirmə əhalinin məşğulluğuna da müsbət təsir edib. Hesablamalara görə, özəlləşdirmə nəticəsində müəssisələrdə 300 mindən çox yeni iş yeri açılıb”.
APA