13 C
Baku
Sunday, November 24, 2024

“Dövlət borcu haqqında” qanuna dəyişiklik edildi

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 27-ci bəndini rəhbər tutaraq qərara alır:

“Dövlət borcu haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 8, maddə 748, № 11, maddə 1093; 2010, № 4, maddə 276) aşağıdakı məzmunda 3.4-1-ci maddə əlavə edilsin:

“3.4-1. Əmanətlərin Sığortalanması Fondunun borcalmaları və onların dövlət zəmanəti ilə təmin olunması qaydası “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.”.

Son xəbərlər
Digər xəbərlər