Beynəlxalq Banknot (Əsginas) Cəmiyyəti (International Bank Note Society, IBNS) 2016-cı ilin ən yaxşı əsginasını seçir.
“APA” xəbər verir ki, bu ilin ən yaxşısı adını qazanmaq üçün il ərzində tədavülə buraxılmış 9 banknot mübarizə aparır.
Namizədlər bunlardır:
5 Avstraliya dolları – üzərində Böyük Britaniya kraliçası II Elizabet əks olunub;
5 İngilis funt sterlinqi – sukeçirməzdir;
50 Yeni Zelandiya dolları – üzərində məşhur siyasətçi Apirana Ngata və Kivi quşu əks olunub;
5 Şotlandiya sterlinqi – üzərində məşhur şair Nan Şefard (Nan Shephard) əks olunan əsginas Böyük Britaniya daxilində istifadə oluna bilər;
50 gürcü larisi – üzərində Gürcüstan kraliça Tamara əks olunub;
50 İsveçrə frankı – “İsveçrənin fərqli simaları” konseptində hazırlanıb;
1000 Maldiv rufiyası – özündə ölkənin əsrarəngiz təbiətini canlandırır;
100 İsveç kronu – üzərində “Buzlar kraliçası” kimi tanınan və Hollivud ulduzu olaraq dünya kino tarixinə damğa vuran Qreta Qarbo əks olunub;
100 Belarus rublu – özündə paytaxt Minskin mənzərəsini canlandırır.
Qeyd edək ki, 2004-cü ildən etibarən IBNS hər il ərzində tədavülə buraxılan ən yaxşı əsginasları seçir.