3 C
Baku
Saturday, December 14, 2024

Dünyanın ən bahalı oteli

Abu-Dabidə yerləşən (BƏƏ) Emirates Palace dünyada tətil keçirmək üçün ən bahalı məkan qismində Ginnesin rekordlar kitabına daxil olmuşdur.

Onun inşasında 3 milyard dollar və 2 ton qızıl sərf olunub.

680 kvadrat metr sahəyə malik və özündə “hər şey daxildir” sistemini birləşdirən nömrələrdə bir həftəlik qalmağın qiyməti 1 milyon ABŞ dollarına bərabərdir. Qiymətə daxildir: dünyanın istənilən bir nöqtəsindən Abu-Dabiyə 1 dərəcəli reyslə transfer, Maybach avtomobili və sürücü, hər gün

Anantara Spa salonunda müxtəlif spa-proseduraları, sualtı balıq ovu, qürub çağlarında Fars körfəzi boyu eksklüziv gəzinti, gündəlik hədiyyələr – onların siyahısında məxsusi otel üçün yaradılmış Emirates Palace Gold Champagne şampanı, seçmə mirvarilərdən bəzək əşyaları (xanımlar üçün Robert Vanqın kolleksiyasından) və Holland Sporting Guns firmasından kişilər üçün məxsus ov silahları kolleksiyası.

Son xəbərlər
Digər xəbərlər