6 C
Baku
Monday, December 29, 2025

Rusiyada “LinkedIn”ə giriş kəskin azalıb

Rusiyada “LinkedIn” sosial şəbəkəsinə daxilolmalar 36 faiz azalıb.

Bu barədə “Rambler & Co” şirkəti “SimilarWeb” şirkətinin məlumatlarına əsasən bildirib.

Noyabr ayında Rusiyada “LinkedIn” sosial şəbəkəsini 5,16 milyon insan ziyarət edib ki, bu da daha əvvəlki ayla müqayisədə 36 faiz azdır. Oktyabr ayında bu rəqəm 8,09 milyon nəfər təşkil edib.

Təxmin edilir ki, bu azalma “LinkedIn”in “Rusiya istifadəçilərin şəxsi məlumatlarının saxlanılması haqqında” qanuna uyğun olaraq bəzi tələblərinin yerinə yetirilməməsi üçün blok edilməsi fonunda baş verib.

Qeyd edək ki, sosial şəbəkəyə daxilolmanın ən böyük sayı noyabrın 17-də 491 min nəfər olub. Noyabrın 29-da isə bu rəqəm 131 min istifadəçiyə bərabər olub.

Lent.az

Son xəbərlər
Digər xəbərlər