Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın Çin, Rusiya və İranla ticarət dövriyyəsinin milli valyutalarla aparılması ilə əlaqədar bu ölkələrin liderlərinə müraciətindən sonra Ankarada mühüm işlər görülməyə başlanıb.
AzVision.az “Yenişafak”a istinadən xəbər verir ki, Türkiyənin İqtisadiyyat Nazirliyi və Xarici Ticarət Nazirliyi İran, Azərbaycan, Gürcüstan, Çin, Qırğızıstan və İraq kimi ölkələrlə ticarət dövriyyəsinin dollar və avro ilə deyil, milli valyutalarla aparılması üçün danışıqlara start verir.
Digər yazı: Dörd ölkədən dollara ciddi zərbə
Danışıqların 2017-ci ilin ilk rübündə başlanması planlaşdırılır.