-1 C
Baku
Sunday, December 15, 2024

Dünyanın 10 ən bahalı mənzili

Beynəlxalq EVANS kompaniyasının ekspertləri dünyada ən bahalı şəhər mənzili təkliflərinin analizini həyata keçirtdi. Ənənəvi olaraq belə hesab edilir ki, ən bahalı mənzillər, yəni ən çox büdcə tutumlu daşınmaz əmlak Honkonqda yerləşir, lakin aparılmış araşdırma göstərir ki, cari ildə mənzillərin 1 kvadrat metrinə görə ən yüksək qiymət göstəricisi məhz İngiltərənin paytaxtı Londonda qeydə alınıb.

1. London (İngiltərə) 

1 kvadrat metri 1. 72 062 avro

Hal-hazırda açıq satışda olan və istənilən bir insanın ala biləcəyi dünyanın ən bahalı obyekti Londonda ümumi sahəsi 320 kvadrat metr, qiyməti 23,06 milyon avro olan ecazkar mənzillərdir. Mənzil Londonun ən nüfuzlu mərkəzi rayonunda Hyde Park-da, müasir binada yerləşir. Binanı dizayn tərtibatı olduqca möhtəşəmdir. Binalar həm şəxsi yaşayış, həm də investisiya məqsədi ilə almaq üçün sərfəlidir.

mone

2. Monte-Karlo (Monako)

1 kvadrat metri 70 min avro

Hal-hazırda burada 10,5 milyon avroya ümumi sahəsi 150 kvadrat metr olan San Roman Monte-Karlo məhəlləsində üç otaqlı mənzil satışdadır, mənzildən dənizə valehedici bir mənzərə açılır. Qeyd etməyə dəyər ki, Monako daşınmaz əmlak nöqteyi-nəzərindən Avropanın ən bahalı ölkəsi statusuna malikdir , burada elitaya məxsus daşınmaz əmlakın 1 kvadrat metrinin orta qiyməti təqribən 36-55 min avro arasında dəyişir.

21004.640

3. Honkonq

1 kvadrat metri 60 084 avro

Bu pulların müqabilində sizə Honkonqda bir-birindən ayrı ümumi sahəsi 650 kvadrat metr olan eksklüziv apartamentlər təqdim olunur, onlar müasir kompleksdə yerləşir, lift , dayanacaq və sahəsi 500 kvadrat metr olan ayrıca bir bağa malikdir, bütün bunlar ən müasir rayon olan The Peak-də yerləşir. Pəncərədən cənub adalarının üzərindən okeana gözəl bir mənzərə açılır. Evin dəyərinə bahalı mebel, şəxsi terras, evin banından yerləşən və öz zövqünə uyun bəzədilmiş çardaq, cakuzi, misilsiz hovuz və idman zalı da daxildir.

mosk

4. Moskva (Rusiya)

1 kvadrat metri 49 760.

Hal-hazırda Moskvada şəhərin ən dərin köklü və prestijli yerlərində yerləşən binanın yeni qiymətləri 1 kvadrat metrinin dəyəri məhz yuxarıda qeyd edilən kimidir. Qiymətin belə baha olması məşhur dizaynerin etdiyi təmir zamanı istifadə etdiyi qeyri adi memarlıq üslub və tərtibatı ilə bağlıdır. Mənzildə -böyük qonaq otağı , 3 yataq otağı və elə bu qədər hamam otağı, məşhur brendlərin mebel və texnikası vardır.

tokio

5. Tokio (Yaponiya)

1 kvadrat metri 39 684

Dəyəri 16 350 000 avro olan mənzil Tokionun ən nüfuzlu və möhtəşəm Minami-Azabu məhəlləsində yerləşir, mənzildə cəmi bir yataq otağı vardır, qeyd edək ki, bu baxımdan o dünyanın, ən bahalı bir yataq otaqlı mənzili hesab olunur. Apartamentlərdə digər məkanlar da vardır: mətbəx, hamam otağı, salon, qarderob (200 cüt ayaqqabı üçün yer də nəzərdə tutulub). Divarlarında məşhur yapon rəssamı Hiroshi Senjunun rəsmləri təsvir olunmuş mənzilin ümumi sahəsi 412 kvadrat metrdir.

new

6. Nyu-York (ABŞ)

1 kvadrat metri 32 050 avro

Nyu-Yorkun ən bahalı mənzili -15 Central Park West ilə bağlı sövdələşmə artıq rəsmiləşmə prosesi üzrədir. Ona görə də bu mənzil rəsmi olaraq ən bahalı olaraq qalır -61 024 000 avro (1 kvadrat metrə görə 42810 avro). Əgər sərbəst satışdan danışsaq, onda hazırda Nyu-Yorkda keçmiş model Anna Anisimovanın keçmiş apartamentləri satışa çıxarılıb, apartamentlər Time Warner (25 Columbus Circle) binasında yerləşir. Sahəsi 1190 kvadrat metr olan bu mənzili 38 140 000 avroya təklif edirlər.

cenevre

7. Cenevrə (İsveçrə)

1 kvadrat metri 7 31035 avro

Sürix və Cenevrənin nüfuzlu rayonlarında orta hesabla apartamentlərin bir kvadrat metrinin qiyməti 4-5 min avro arasında dəyişir. Amma bəzi istisnalarda vardır, məsələn Cenevrənin mərkəzində 9 otaqlı, 4 yataq otaqlı, ümumi sahəsi 400 kvadrat metr olan lüks penthausun dəyəri 12 414 000 avrodur. Qeyd etmək lazımdır ki, İsveçrədə elita daşınmaz əmlakı ümumiyyətlə mövcud deyil. Yeni və müasir dizaynlı evlər, ən yeni enerji qənaətli texnologiyaları əsasında tikilmiş mənzillər, həmçinin qədimi, lakin tamamı ilə restavrasiya edilmiş tikililər də mövcuddur. Elit daşınmaz əmlak termini burada daha çox mənzilin yerləşdiyi rayon, binanın müasirliyi və daxili tərtibatın keyfiyyəti ilə müəyyən olunur.
parij

8. Paris (Fransa)

1 kvadrat metri 30 800 avro

Bu məbləğ müqabilində Fransada ümumi sahəsi 750 kvadrat metr, dəyəri isə 23 100 000 avro olan mənzil təklif olunur. Bu əsrarəngiz apartamentlərdən Parisə təkrarolunmaz, füsunkar mənzərə açılır. Belə mənzərələri seyr etdikdə, insanın az qala nəfəsi kəsilir. Apartamentdə mətbəx, aşpazlar və xidmətçilər üçün məxsusi yer, qonaqlar üçün rahat otaqlar vardır. Ev sahibləri üçün nəzərdə tutulmuş yataq otağının ayrıca gözəl bir hamam otağı da fəaliyyət göstərir. İri tutumlu qarderob, böyük ofis, kinoteatr, oyun otaqları və bilyard haqqında heç danışmağa dəyməz. Amma Parisdə nüfuzlu meydanda satışa çıxarılan iri həcmli mənzillərin sayı olduqca məhduddur. Elit daşınmaz əmlakın 1 kvadrat metrinin orta qiyməti 8-9 min avro arasında dəyişir.

burj

9. Dubay (Birləşmiş Ərəb Əmirlikləri)

1 kvadrat metri 29 326 avro

Dubayda elit obyektlər Dubai Marina rayonunda iri dəniz sahillərində villaların yanında yerləşən taunhaus və “Bürc Xəlifə” göydələni hesab olunur. Sonuncu dünyanın ən hündür binası hesab olunur. Elit daşınmaz əmlakın qiyməti burada orta hesabla bir kvadrat metrə görə 7 min avro təşkil edirş məhz dünyanı ən məşhur göydələni olan “Bürc Xəlifədə” ümumi sahəsi 208 kvadrat metr olan apartmenlər satışa təklif edilir. Bu bina xarici görünüşdən stalaqmiti (mağaraların dibində yuxarıdan tökülən damcılardan əmələ gələn əhəngli ərp) xatırladır. Hər bir dəyəri 6 100 000 avro olan mənzillərin 2 yataq və 2 hamam otaqları vardır. Apartamentlər tamamı ilə mebellənib və «smart home technology» ilə təchiz olunub, döşəmə mərmər ilə örtülüdür, cakuzi və saunası vardır.

f

10. Roma (İtaliya)

1 kvadrat metri 11 021 avro

Roma elitasına məxsus daşınmaz əmlakın özünəməxsus və fərqli cəhəti ondadır ki, burada dəbdəbə və təmtəraq qədimi memarlıq abidələrinin qorunub saxlanması ilə ahəng təşkil edir və bir-birini tamamlayır. Yeri gəlmişkən elə həmin binaların daxili tərtibatı müasir texnologiyanın bütün yenilik və üstünlüklərini özündə nəzərə alır. Binaların daxili müasir standartlara uyğun restavrasiya olunur. Belə gözəl təkliflərdən biri – Romanın nüfuzlu rayonlarında möhtəşəm apartamentlərin satışıdır, Ümumi sahəsi 617 kvadrat metr olan əla təmirli bu mənzilin dəyəri 6 800 000 avrodur.

Qeyd etmək lazımdır ki, ən bahalı daşınmaz əmlak – daşınmaz əmlak bazarının ümumi vəziyyətindən və ya ölkədəki iqtisadi durumdan çox da asılı olmayan spesifik bazar seqmentidir

Son xəbərlər
Digər xəbərlər