15 C
Baku
Sunday, November 24, 2024

Məşhur biznesmenlərin iş masaları necə görünür

Belə deyirlər ki, insanın iş masasına nəzər salaraq onun xarakteri və vərdişləri barədə çox asanlıqla fikir yürütmək olar.

Bu məşhur insanların iş stollarının digərləri tərəfindən nəyə görə belə maraqla seyr edilməsi səbəbini izah edir: ictimai həyat çox nadir hallarda insanı şəxsiyyətini olduğu kimi əks etdirir və gündəlik həyatın bəzi detalları bizim o insanlar barədə əldə etdiyimiz məlumatları genişləndirir. Sizə nəhəng İT-kompaniyaların direktorlarının iş masalarının vəziyyətini təqdim edirik.

Stiv Cobs, Apple

obb

Stiv Cobsun ev kabineti belə görünürdü. Ağ boya ilə rənglənmiş kərpic divarlar, çoxlu kitab qəfəsləri və yaradıcılıq səliqəsizliyi ilə o tərəf bu tərəfə dağıdılmış kitab və vərəqlər, döşəmə üzərində əşyalar, üzərində iri Apple Cinema Display kompüterini saxlayan taxta stol. Display-in üzərinə yuxarı tərəfdən iSight kamerası quraşdırılıb (foto 2004-cü ilə aiddir, həmin dövrdə hələ kameranı displeyin içərisini yerləşdirməmişdilər). Ön plandakı PowerMac G5 korpusunun maketinə diqqət yetirin.

Stiv Balmer, Microsoft

strger

Stiv Balmer öz ofisində iş arxasında. Çox sadə monitor (çox güman ki, orada Excel- Balmerin ən sevimli proqramı açıqdır), stolun üzərində kağızlar, ofis telefonu və podnos (üzərində bağlı paketdə nahar) vardır. Otaqdakı divarın üzərindəki stenddə uşaq rəsmləri və əl işləri asılıb, aşağıda rəfin üstündə isə Stivin ailə rəsmləri yerləşdirilib. Deyəsən indi onun otağında çox şey dəyişib, çünki bu yaxınlarda Balmer onun kabinetinin divarını bəzəyəcək böyük ölçülü sensor televizor alması ilə öyünürdü.

Bill Qeyts, Microsoft

eee

Bill Qeytsin kabineti (söhbət onun Microsof-un baş rəhbəri olduğu vaxtlardan gedir). Burada diqqət çəkən yeganə obyektlər iri ekranlı monitorlardır. Digər aspektlərdə isə bu, olduqca sakit və darıxdırıcı kabinetdir. Amma burada sol tərəfdəki masa üzərində Sanseviera (bitki) dibçəyinin yanında ailə şəkillərinə də rast gəlmək olar.

Maks Levçin, PayPal

pol

Maks Levçin (2004-cü ildə şirkəti tərk etmiş PayPal-ın həmtəsisçisi) demək olar ki, şəxsi kabinetə sahib deyildi, o open-space (açıq məkanda) iki qara rəngli arakəsmə arasında yerləşən yerdə işləyirdi. Onun əyləşdiyi stulunun da arxa söykənəcəyi olduqca qısa idi. Bu stulu heç bir kataloqda “direktor kreslosu” kimi yazmazlar. Elə bu tip masanın yanında digər iki həmtəsisçi–Piter Til və Elon Mask əyləşirdi

Elon Mask, Space X

dre

Yeri gəlmişkən bir az da Elon Mask haqqında danışaq. Indi o, özəl Space X adlı kosmik agentliyi idarə edir və onun iş masası vəzifəsinə kifayət qədər uyğun gəlir. Onun masası arxasında heç bir bəzək əşyasına və ya oyuncağa rast gəlmək mümkün deyil, yalnız raket mühərrikləri, maketlər və iri ölçülü ekranlar.

Cef Bezos, Amazon

amazon

Cef Bezos Amazonun təsisçisidir. Bu şəkilin kifayət qədər uzun müddət əvvəl çəkildiyini bizə bir neçə nüans söyləyə bilər, birincisi Bezosun saçlarıdır, çünki hamı bilir ki, indi onun başında demək olar ki, tük qalmayıb, ikincisi ELT monitor və üçüncüsü fotoşəkilin dəhşətli dərəcədə də sıxlığı.

Dennis Krauli, Foursquare

ddneuz

Foursquare kimi kompaniyanın təsisçisi olan Dennis Krulinin masasının üzərində kompüterlərin azlığı düzü bir az təəccüb doğurur, heç bir iri ekran və bahalı əşya yoxdur. 13 düymlü MacBook Air qurğusunun üst qapağı müxtəlif xırda yapışqan şəkillər ilə bəzədilib. Masanın üzərində İPhone-a enerji yükləmək üçün kabelə də rast gəlmək olar Masanın üzərində ən çox gözoxşayan isə balaca pinqvin fiqurlarıdır.

Mark Tsukerberq, Facebook

fac

Facebook-un baş direktoru və təsisçisi Mark Tsükerberqin demək olar ki, qorxunc vəziyyətdədir.Qrafit şəkillərlə doldurulmuş stolun üzərində böyük bir motivasiya plakatı var, bunu Facebook-un şəxsi tipoqrafiyasında dərc edir və bütün divarlardan asırlar. Qalan isə boşluqdur, burada insan çalışdığından xəbər verən yeganə nüans yemək olan balaca qutu və içində sərinləşdirici içki olan su şüşəsidir. Əlbəttə ki, Makbukun ekranında Facebook səhifəsi açıqdır.

Son xəbərlər
Digər xəbərlər