6 C
Baku
Saturday, December 14, 2024

Azərbaycana ayırdığı 500 mln. dollarlıq kreditin şərtlərini açıqladı

Asiya İnkişaf Bankının (ADB) Azərbaycana 500 mln. ABŞ dolları məbləğində ayırdığı kreditin şərtləri məlum olub. Kredit 5 il müddətində verilib.

LİBOR+2% dərəcəsi ilə ayrılan kreditin ilk 3 ili güzəşt müddətidir ki, bu dövr ərzində Azərbaycan hökuməti yalnız borc üzrə hesablanmış faizləri geri qaytaracaq. Növbəti iki ildə isə Azərbaycan hökuməti əsas borcu da geri qaytarmağı öhdəsinə götürüb.

Qeyd edək ki, ADB-nin Direktorlar Şurası dekabrın 7-də Azərbaycan iqtisadiyyatının diversifikasiyası üçün 500 mln. dollarlıq kreditin ayrılması ilə bağlı qərar qəbul edib.

Bankın açıqlamasında deyilir ki, bu, hökumətin 1,4 mlrd. dollarlıq iqtisadiyyatın təşviqi paketinin genişlənməsinə səbəb olacaq. Bu kredit ümumilikdə 3,7 mln. insanın yaxud əhalinin 1/3-dən çoxunun sosial problemlərinin həllinə dəstək verəcək. Həmçinin, ADB Azərbaycanda makrofiskal islahatları dəstəkləmək üçün texniki yardım qismində 1,2 mln. dollar ayırıb.

Xatırladaq ki, kreditin ayrılması ilə bağlı saziş dekabrın 8-də ADB-nin Azərbaycan üzrə direktoru Nəriman Mannapbekov və Azərbaycanın maliyyə naziri Samir Şərifov tərəfindən imzalanıb.

Son xəbərlər
Digər xəbərlər