Müsahibə üçün geyim, çalışmaq istədiyiniz peşə və vəzifənin xarakterindən asılıdır. Heç kəsə sirr deyil ki, əgər işləmək istədiyiniz şirkətdə işçilər forma geyinir və ya müəyyən bir dress-code mövcuddursa, onda siz ona uyğun olaraq geyinməlisiniz. Minimum aksesuar, nəfis saç düzümü və siz hazırsınız!
Əgər siz kafe, butik və ya reklam agentliyində işə düzəlirsinizsə, onda geyiminizdə müəyyən sərbəstliyə yol verə bilərsiniz. Lakin bütün hallarda, geyim gözəçarpan olmamalıdır, hər hansı bir ornamenti olmayan sakit tonlarda seçilməlidir. Sizi digər “təmkinli” geyinmiş insanlardan fərqləndirmək üçün bir neçə uyğun variant təqdim edirik.
Iş dünyasında mövcud olan qaydaya görə siz yalnız nişan üzüyünü taxa bilərsiniz. Əgər peşəniz icazə verirsə, siz çox rahatlıqla təkqaş sırğa, boyunbağı və sadə bilərzik kimi bəzək əşyalarından istifadə edə bilərsiniz. Rəngarəng, böyük aksesuarlar evdə qalsa daha yaxşı olar.
Eləcə də, dress-code olan bir şirkətdə işə düzəlirsinizsə, onda kalqotka geyinməyi unutmayın. Mövsümdən asılı olmayaraq, etiket qaydalarına görə çılpaq ayaqlar qəbuledilməzdir. Bundan başqa, kalqotka dəri rəngindən yalnız iki-üç ton tünd ola bilər. Üzərində heç bir şəkil, tor və ya şəbəkə olmamalıdır!
Detallara fikir verin. Klassik pencək və köynək dəsti üçün daha sakit tonlarda ətək və şalvar seçmək olar. Adi ətəyi isə mövsümün dəbi olan yuxarısı qırçınlı ətəklə əvəz etmək olar. Qara və boz rəngləri parlaq rəngli bir əşya ilə uyğunlaşdıra bilərsiniz. Ciddi jaketləri uzun pencək və ya smokinqlə əvəz edin.
Idman üslubunda olan papaq, gödəkçə və ayaqqablardan istifadə olunmamalıdır. Hündürdabanlı və platformalı ayaqqabılar məqsədəuyğun deyil. Dikdaban ayaqqabı kifayət qədər dayanıqlı olmalıdır. Ideal variant kimi babetləri göstərə bilərik. Rəng çalarları sakit tonlarda olmalıdır. Əgər siz zidd rəngli nə isə istifadə etmisinizsə, onda bu yalnız bir elementdən ibarət olmalıdır – məsələn, kəmər və ya çanta.