9 C
Baku
Thursday, December 12, 2024

“Bank of Baku”nun rəhbərliyi ABB-yə transfer oluna bilər

“Bank of Baku” ASC-nin İdarə Heyətinə (İH) yeni sədr təyin oluna bilər. Bu barədə bank dairələrindən bildirilib.

Məlumata görə, hazırkı sədr Abbas İbrahimovun işdən çıxacağı, onun yerinə sədr müavini Eldar Həmidovun təyin ediləcəyi gözlənilir.

A.İbrahimovun isə “Azərbaycan Beynəlxalq Bankı” ASC-də (ABB) rəhbər vəzifəyə gətiriləcəyi deyilir. Onunla birlikdə “Bank of Baku”nun İH sədrinin I müavini Nahid Zeynalovun və sədr müavini Zaur Qaraisayevin də ABB-yə transfer olunacağı, bu bankda rəhbər vəzifələr tutacağı bildirilir.

Məsələyə münasibət bildirən A.İbrahimov isə “Report”a açıqlamasında hələ ki, sədr vəzifəsini icra etdiyini, bu mövzuda yenilik olarsa, “Bank of Baku”nun rəsmi qaydada açıqlama yayacağını deyib.

Xatırladaq ki, “Bank of Baku” 1994-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 52,87 mln. manatdır. Bankın səhmlərinin 35%-i Türkiyənin “NAB Holding”inə, 31,11%-i Hikmət Abuzər oğlu İsmayılova (“Azsığorta” ASC-nin 100%-lik səhmdarı), 28,89%-i “Azpetrol” neft şirkətinə, 5%-i isə Elçin Həmid oğlu İsayevə (Müşahidə Şurasının sədri) məxsusdur.

Son xəbərlər
Digər xəbərlər