17 C
Baku
Thursday, October 30, 2025

Mərkəzi banklar əməkdaşlıq yolları axtarırlar

Dekabrın 29-da Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini ilə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov arasında görüş baş tutub.

Meksika səfirliyindən verilən məlumata görə, səfir görüşün keçirilməsinə dair öz məmnunluğunu ifadə edib.

R.Labardini səfirliyin açılması tarixi barədə məlumat verib və son illərdə ikitərəfli münasibətlərdə müşahidə olunan irəliləyişdən söz açıb.

Görüş zamanı, Meksikanın Mərkəzi Bankının fəaliyyəti və son onilliklər ərzində ölkəsinin maliyyə və iqtisadi sistemlərin inkişafında görülən işlərdən danışıb. Eyni zamanda, Meksika iqtisadiyyatına aid vacib göstəriciləri və onun dünyadakı hazırkı mövqeyini diqqətə çatdırılıb.

E.Rüstəmov müvafiq xarici institutların təcrübəsini tanımaq və araşdırmağın zəruriyyətini vurğulayıb. Həmçinin, Azərbaycanda bank sisteminin tarixi və inkişafı yollarından danışıb. Biliklərin mübadiləsinin sözügedən strukturun inkişafı üçün faydalı ola biləcəyi qeyd olunub.

Hər iki tərəf Meksika və Azərbaycanın Mərkəzi bankları arasında texniki əməkdaşlığın yollarını axtarmaq və əlaqələri genişləndirməyə dair ideyalarını, habelə istəklərini ifadə ediblər.

MənbəOxu.az
Son xəbərlər
Digər xəbərlər