19 C
Baku
Friday, November 1, 2024

“PAŞA Yatırım Bankası” yaxın 4 il üçün planlarını açıqlayıb

“PAŞA Bank” ASC-nin Türkiyədəki törəməsi “PAŞA Yatırım Bankası” 2018-2020-ci illəri əhatə edən strateji planlarını açıqlayıb. Türk mətbuatına istinadən xəbərə görə, bu barədə Bankın İdarə Heyətinin sədri Cenk Eynehan məlumat verib.

Onun sözlərinə görə, rəhbərlik etdiyi maliyyə qurumu yaxın illərdə əsasən kiçik və orta sahibkarları maliyyələşdirəcək, daha çox ticarət sektoruna və korporativ müştərilərə kredit verəcək.

Bundan başqa, “PAŞA Yatırım Bankası”nın planlarına ortaq müəssisələrin yaradılması da daxildir: “Hazırda 3 şirkətlə bu istiqamətdə müzakirələr aparırıq, onların 2-si ilə danışıqları bu il bitirəcəyik”.

C.Eynehan həmçinin deyib ki, “PAŞA Yatırım Bankası”nın aktivlərinin 2016-cı ilin yekununda 500 mln. lirə (250 mln. manat), 2017-ci ilin yekununda isə 650 mln. lirə (325 mln. manat) olacağı gözlənilir. Bu il Bank həmçinin aktiv müştərilərinin sayını 72-dən 100-ə çatdırmağı planlaşdırır.

Xatırladaq ki, “PAŞA Yatırım Bankası” iki il öncə “PAŞA Bank” ASC-nin Türkiyənin “Aksoy Holding”inə məxsus “TAİB Bank”ın səhmlərini alması ilə yaradılıb. Hazırda Azərbaycan tərəfi səhmlərin 99,92%-nə nəzarət edir.

Son xəbərlər
Digər xəbərlər