2 C
Baku
Saturday, December 14, 2024

Bank əməkdaşı mütəmadi olaraq bankı talan edib

Ukrayna banklarından birinin əməkdaşı, iqtisadi sahədə mütəxəssis kimi çalışan 31 yaşlı kiyevli bankın mülkiyyətini mənimsəyib: mobil telefonlar, noutbuklar, fotoapparatlar və s.

Maliyyə təşkilatının verdiyi məlumata görə, bank əməkdaşı ona təqdim edilmiş maddi dəyərə sahib əşyalar üçün tam məsuliyyət daşıyırdı.

Təqsirli şəxs demək olar ki, 40 belə cinayət əməlinə yol verdiyini müstəntiqə etiraf edib. İlkin qiymətləndirmələrə görə, bank əməkdaşının banka vurduğu zərər təqribən 40 000 qrivna təşkil edir.

Hazırda onun haqqında müvafiq maddələr üzrə cinayət işi açılıb və o törətdiyi cinayət əməlinə görə 4 il müddətinə azadlıqdan məhrum edilə bilər.

Son xəbərlər
Digər xəbərlər