2 C
Baku
Sunday, December 15, 2024

Azərbaycan bankı filiallarını birləşdirir – Bank açıqlama verdi

DəmirBank fəaliyyəti əvvəlki yanaşma ilə davam etməklə bazardakı mövqeyi qorumaq, inkişaf etmək mümkün olmadığını nəzərə alaraq özünün yeni bizne modeldə keçəcəyini bəyan edib.

Banker.az xəbər verir ki, bu barədə Bankın “DəmirBank yeni bankçılıq biznes modelinə keçir” adlı press-relizində deyilir.

Bu səbəbdən müəyyən yeniləşmə və yenidənqurma prosesləri həyata keçirilərək, Bankın bir sıra filialları müştəri məmnuniyyətinin artırılması məqsədilə rahatlıq baxımından şəhərin daha münasib yerlərinə köçürüləcək. Digər filiallar isə birləşərək tam fərqli konseptli xidmət mərkəzlərinə çevriləcəklər. Bunlardan bəziləri sırf kredit yönümlü filiallar olacaq ki, bankın pərakəndə şəbəkəsinin genişləndirilməsinə, potensial tərəfdaşlarla işgüzar əlaqələrin qurulmasına və daha çevik xidmətin göstərilməsinə töfhə vermiş olacaqdır. Yeni biznes modelin tətbiqi nəticəsində bir neçə yeni xidmət mərkəzinin də açılması nəzərdə tutulmuşdur.

Yeni biznes modelin tətbiqi Dəmirbankın ümumi xidmət şəbəkəsini genişləndirmiş olacaq. Filialların yerləşməsi, yeni xidmət mərkəzlərinin açılmasına paralel olaraq, müştərilərə daha əlçatan olmaq üçün Banka məxsus bankomatlar (ATM), ödəniş terminalları və valyutadəyişmə terminallarının sayı tədricən artırılır.

Bankın strategiyasına əsasən qeyd olunan  yeniləşmə və yenidənqurma prosesi 2017-ci ilin sonunadək yekunlaşacaq.

 

Son xəbərlər
Digər xəbərlər