5 C
Baku
Saturday, December 14, 2024

Meksika pesosunun məzənnəsi tarixi minimuma enib

Meksika pesosunun məzənnəsi ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın inauqurasiya mərasimi öncəsi tarixi minimal səviyyəyə enib.

“Bloomberg” agentliyinə istinadən xəbərə görə, yanvarın 18-də MXN/USD nisbəti 22-ni keçib.

Pesosun ucuzlaşmasına səbəb maliyyə bazarlarının D.Trampın antimeksika ritorikasından ehtiyat etməsidir. Bu, ilk növbədə ABŞ, Kanada və Meksikanın daxil olduğu NAFTA sərbəst ticarət zonası anlaşmasının gələcəyi ilə bağlı qeyri-müəyyənlik yaradır.

Maliyyə bazarları D.Trampın inauqurasiya mərasimindən sonra ABŞ-ın imzaladığı ticarət anlaşmalarını yenidən gözdən keçirəcəyini və bir sıra proteksionist qərarlar verərək qloballaşmanı əngəlləyən nəticələr əldə edəcəyini proqnozlaşdırırlar. Bu isə öz növbəsində qlobal ticarətin həcmini azaldaraq dünyadakı iqtisadi artımı zəiflədə bilər.

MənbəOxu.az
Son xəbərlər
Digər xəbərlər