Banker.az saytı xəbər verir ki, Dünya iqtisadi forumu (WEF) “İnkluziv inkişaf indeksi” adlı 109 ölkənin yer aldığı reytinqini təqdim edib.
Nəticələr 3 əsas istiqamətlər çərçivəsində 12 əsas göstərici əsasında əldə edilib:
Artım və inkişaf;
İnkluziya (daxil edilmə);
Ədalətlilik və nəsillər arasında dayanıqlılıq.
Qiymətləndirilən 109 ölkədən 30-u “inkişaf etmiş iqtisadiyyata” malik ölkə kimi təyin edilib. Böyük Britaniya 21, ABŞ isə 23-cü pillədə qərarlaşıb.
Daha çox inkişaf etmiş iqtisadiyyata sahib ölkələrin TOP-9-luğunu nəzərdən keçirək:
- Yeni Zellandiya
Təhsil və biznesin idarə edilməsindəki rahatlıq ölkənin fərqləndirici xüsusiyyəti olsa da, məşğulluq və məhsuldarlıq göstəriciləri ölkənin ümumi balını bir qədər aşağı salıb.
- Avstraliya
Avstraliya investisiya, sahibkarlıq, təhsil və tibbi xidmət sahəsi üzrə yüksək nəticələr nümayiş etdirib. Lakin ölkənin balını əmək məhsuldarlığı və əmək haqqları ilə bağlı qiymətləndirmələr endirib.
- Hollandiya
Hollandiya yüksək keyfiyyətli təhsil, infrastruktur və səhiyyə göstəriciləri qeydə alınsa da, investisiya sahəsində çatışmazlıqlar müşahidə edilib.
- İsveç
Ölkə infrastruktur və baza xidmətləri səviyyəsinə, həmçinin biznes və siyasi etikaya görə fərqlənir. Ölkə həmçinin əmək haqqları ilə bağlı da yüksək nəticələrə sahibdir.
- Danimarka
Danimarka investisiya istisna olmaqla, bir çox indekslər üzrə yüksək qiymətləndirilib.
- İslandiya
Ölkə maliyyə sahəsinin inteqrasiyası istisna olmaqla, bütün istiqamətlər üzrə yüksək qiymətləndirilib.
- İsveçrə
Ölkə xüsusi yüksək göstəriciləri əmək məhsuldarlığı üzrə əldə edib. Yerdə qalan digər istiqamətlər kifayət qədər yaxşı səviyyəsində qiymətləndirilib.
- Lüksemburq
Lüksemburq səhiyyə, təhsil, icarə haqqı, həmçinin siyasi və biznes etikası ilə fərqlənib.
- Norveç
İqtisadiyyatın cəmi 0,5% artımına baxmayaraq, vətəndaşların həyat səviyyəsi 2008-2013-cü illər ilə müqayisədə 10,6% artıb.