Likvidlik hərracından sonra Türkiyədə dollar yenidən bahalaşıb

Türkiyədə ABŞ dolların məzənnəsi bu gün 3,80 TRY/USD həddini ötüb. “Bloomberg” agentliyinə istinadən xəbərə görə, Türkiyə Mərkəzi Bankının (TCMB) bu gün keçirdiyi likvidlik əməliyyatlarında bir həftəlik xarici valyuta depo hərracında türk lirəsi üzrə faizi 10% müəyyən edib. 

Dollar üzrə isə faiz dərəcəsi 0,75% qalıb. Hərracın ümumi həcmi isə 300 mln. dollar təşkil edib.

Qeyd edək ki, xarici valyuta depo hərracı TCMB ilə banklar arasında “swap” əməliyyatlarını əks etdirir. Bu əməliyyatlarda TCMB 0,75%-lə banklara dollar borc verir, əvəzində lirəyə illik 10% ödəməklə öhdəlik götürür.

Xatırladaq ki, ötən həftəyədək türk bankları bu əməliyyatı London “swap” bazarında həyata keçirib. Çünki, o zaman Londonda lirəyə ödənilən faiz daha yüksək olub və Türkiyədəki kimi əlavə 10%-lik təminat yoxdur. Bunu görən TCMB dərhal lirə faizlərini 10%-ə yüksəldib və Londona alternativ bazar formalaşdırıb. Təbii ki, lirəyə ödənilən faizin yüksəlməsi də öz növbəsində dolların məzənnəsinin artmasına gətirib çıxarıb.

Report

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər