Rusiyada ABŞ dollarının məzənnəsi 60 RUB/USD səviyyəsini keçib. Təxminən bir il bundan əvvəl, 2016-cı il yanvarın 18-də 85,75 rubla yüksələn dollar daha sonra neft qiymətlərinin artmasi və Rusiya Bankının (Mərkəzi Bank) maliyyə bazarlarını tənzimləməsi nəticəsində 31% ucuzlaşıb.
Qeyd edək ki, dolların bahalaşmasına səbəb Rusiya hökumətinin Maliyyə Nazirliyi və Rusiya Bankı vasitəsilə fevral ayından etibarən valyuta bazarından ayda 1 mlrd. dollar alaraq dolların daha çox ucuzlaşmasının qarşısını alacağını bildirməsi olub.
ABŞ-ın “Goldman Sachs” bankının iqtisadçısı Klemes Qrafeyə (Clemens Grafe) görə, bu qərar doğru, amma tələsik verilib. Maliyyə bazarları bunu dollara müdaxilə kimi anlayaraq dolların məzənnəsini kəskin artıra bilər. Nəticədə, Rusiya Bankının inflyasiya hədəflərindən ciddi yayınması mümkündür.
Xatırladaq ki, hazırda RUB/USD məzənnəsi 60,25-ə bərabərdir.
Report