9 C
Baku
Friday, November 15, 2024

AMB növbəti depozit hərracında 150 mln. cəlb etməyi planlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) yanvarın 30-da depozit hərracı keçirəcək. Hərrac Bloomberg platformasında keçirləcək.

“Mərkəzi Bank yanvarın 30-da keçirəcəyi depozit hərracında 14 gün müddətinə 150 mln. manat cəlb etməyi nəzərdə tutur”, – deyə məlumatda bildirilir.

Cəlb olunan vəsaitlər üzrə faiz dərəcəsi 12,01%-14,99% təşkil edir.

Qeyd edək ki, AMB depozit hərraclarının keçirilməsinə 2016-cı ilin iyun ayında başlayıb.

Son xəbərlər
Digər xəbərlər